“Erməni ordusu sərhəddən ən az beş kilometr geri çəkilir” - Qərbi Azərbaycan Xronikası




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Publika.az xəbər verir ki, süjetdə rəsmi İrəvanın təklif etdiyi "güzgü prinsipi”, eləcə də "Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondu tərəfindən irəli sürülən "Ermənistan qoşunları Gorusdan tamamilə çıxarılır, Azərbaycan ordusu isə Sevan (Göyçə) gölünü tam nəzarətə götürür” iddiası ilə bağlıdır.

Bildirilir ki, "güzgü prinsipi”, yəni qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan ordusunun dövlət sərhədində strateji yüksəkliklərə nəzarəti itirməsinə hesablanmış plandır. "Aniv” fondu isə bu planın Göyçənin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcəyini yazır və Ermənistan üçün təhlükəli olduğunu iddia edir.”

Diqqətə çatdırılır ki, bu iddialar Ermənistanda ictimai rəyi hakimiyyətə qarşı yönləndirmək kimi görünür: "Ermənistanda qorxu yaradan əsas amil Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə strateji mövqelərə sahib olmasıdır. Hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə yeni müharibədə maraqlı olmadığını dəfələrlə bəyan edib. Bundan sonra Azərbaycanın əsas hədəfi danışıqlar yolu ilə sülhə nail olmaqdır”.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında müharibə riski mövcuddur, xüsusilə rəsmi İrəvanın sülh gündəliyini arxa plana keçirmək və yeni şərtlər yaratmaq məqsədilə hərbi təxribatlara başlaması planları istisna edilməməlidir: "Lakin hazırda sülh gündəliyi ön plandadır və hər şey Ermənistandan asılıdır, çünki rəsmi Bakı yaxın dövrdə ən azı sülh sazişi ilə bağlı niyyət sənədinin imzalanmasında maraqlıdır. 44 günlük müharibədən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, xüsusilə Zəngəzur dəhlizindən imtina etməsi prosesin reallaşmasını çətinləşdirib. Sülhdə maraqlı olan Azərbaycan isə prosesi sürətləndirmək məqsədilə sərhədin delimitasiyasının sonraya saxılanılması təklifini irəli sürüb. Çünki delimitasiya uzunmüddətli işdir, əgər sülh sazişi sərhədin müəyyən edilməsi çərçivəsində müzakirə edilərsə, bu halda sazişin imzalanması üçün illər lazım olacaq. Eyni zamanda, sovet xəritələrinin saxlanıldığı Rusiyanın prosesə qoşulması ilə nəticələnəcək ki, bu da ikitərəfli formatda danışıqların pozulması ilə nəticələnə bilər”.

Sonda vurğulanır ki, Azərbaycan regionun təhlükəsizliyi və gələcəyi naminə sülh sazişinin imzalanması önündəki əngəlləri aradan qaldırmaq ssenarisindən çıxış edir: "İndi top Ermənistanın meydanındadır. Belə ki, sülh sazişinin imzalanması üçün ya Bakının haqlı tələblərini qəbul etməli, yəni Naxçıvana "maneəsiz keçid” verməli və azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməli, ya da Azərbaycan əsgərinin silahının kölgəsi altında "dalan ölkə” kimi qalmaq taleyi ilə barışmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı "Baku" TV-nin süjetində:

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər