İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

 

İsa Qəmbərin Müsavat başqanlığına dönüşü siyasi kluarlarda onsuz da müzakirə edilən erkən parlament seçkiləri mövzusunu daha da aktuallaşdırıb. İndi həm sosial şəbəkələrdə, həm də müxalifət camiəsində İsa Qəmbərin qayıdışını Müsavat Partiyasının erkən seçkilərə hazırlığı kimi dəyərləndirən müzakirələrə tez-tez rast gəlinir.

Hətta bəziləri daha irəli gedərək iddia edir ki, Müsavat hakimiyyətlə anlaşıb və anlaşmaya görə növbəti parlamentdə adıçəkilən partiya bir neçə mandatla təmsil olunacaq.

Maraqlıdır, bu iddialarda həqiqət payı varmı? Yoxsa, bu sadəcə Müsavatın müxalifət düşərgəsindəki rəqiblərinin tirajlamağa çalışdığı tezisdir?

 

Mövzuyla bağlı KONKRET.az-a açıqlama verən Müsavat başqanın müavini Razim Əmiraslanlı bunları deyib:

"Müsavat Partiyasının bu yaxınlarda çox möhtəşəm qurultayı oldu. Partiya azad, ədalətli və şəffaf seçkilər keçirməklə Azərbaycanın siyasi sisteminə öz demokratik töhfəsini verdi. Görünən isə odur ki, bu müəyyən qüvvələri narahat edir və nəticədə ünvanımıza heç bir əsası olmayan şər-böhtanlar yağdırırlar”.

Başqan müavini oxşar iddiaların əvvəllər də dövriyyəyə buraxıldığını xatırladıb: "Müsavat Partiyası 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində iştirak edəndə də belə böhtanlar eşidirdik. O zaman 60 dairədə namizədlərimiz qeydə alındı, amma bir nəfəri belə parlamentə buraxmadılar. Müsavat Partiyası seçkilərdə iştirak etməyə meyilli partiyadır. Hesab edirik ki, ölkədə hakimiyyət dəyişikliyinin yeganə yolu seçkilərdən keçir. Bu da xalqımızın və dövlətimizin maraqlarına uyğundur. Seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı isə Partiyanın Məclisi verəcək. Ölkədə azad, ədalətli, şəffaf seçkilər keçirilərsə, namizədlərimizin əksəriyyəti parlamentə düşə bilər”.

Hər seçkiöncəsi Müsavat partiyasının bu cür qaralama kampaniyası ilə üzləşdiyini deyən partiya üzvü, siyasətçi Fərəc Kərimli isə bildirib ki, məqsəd Müsavatı gözdən salmaqdır:

"Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa gizli danışıqlara, anlaşmaya getməyib. Partiyamız bundan sonra da özünün doğru bildiklərini edəcək, doğru bildiyi yolla yürüyəcək. O ki qaldı, növbəti parlamentdə guya Müsavata yer veriləcəyinə, ölkədə seçki institutlarının iflic edilməsi demokratik mübarizə imkanlarını minimuma endirir. Belə olan halda Müsavat Partiyasının növbəti parlamentdə ciddi təmsilçilik şansları minimum həddədir”

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər