Qərbi Azərbaycan Xronikası: Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Azərbaycanın zəngin tarixi keçmişə malik olan, bölgə üçün strateji əhəmiyyət daşıyan məkanlardan biri  – Zəngəzur  mahalı haqqında süjet hazırlanıb.

"Rus-erməni işğalının qurbanına çevrilən mahal” adlı süjetdə ermənilərin onilliklər boyu  regionda gedən mürəkkəb siyasi proseslərdən istifadə edərək əvvəlcə  Azərbaycan torpaqlarında kiçik Ermənistan yaradıb, sonra onun ərazisini havadarlarının hesabına böyütdükləri bildirilir.

Qeyd olunur ki, indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edir:

"İnzibati-ərazi vahidi kimi, Zəngəzur XIX əsrin birinci qərinəsinin sonunda meydana çıxıb. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk , 91 kürd və 81 erməni kəndi olub. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinib, 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib”.

Diqqətə çatdırılır ki, Zəngəzur ərazisinin böyük bir qismi 1918-1920-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, yalnız 1921-ci ildə tarixi qəzanın qərb hissəsində Ermənistanın inzibati-ərazisində daxil edilən Zəngəzur qəzası yaradılıb:

"Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrilib. İnzibati ərazi bölgüsünə görə, Şərqi Zəngəzurun ərazisi Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonlarını və Qərbi Zəngəzur isə hazırda Ermənistanın Sünik vilayətinin ərazisinə daxil olan keçmiş Sisian, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir. Bununla da müasir Azərbaycan dövləti Zəngəzur dəhlizi vasitəsilə iki hissəyə ayrılır. Tarixi Zəngəzurun Azərbaycan sərhədləri içərisində qalan hissəsi Şərqi Zəngəzur, indiki Ermənistan dövləti ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.  

1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk etdikdən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri erməni vandalları tərəfindən dağıdılaraq məhv edildi”.

Süjetin sonunda Azərbaycanın tarixi mahalı olan Zəngəzurun da erməni işğalçılıq siyasətinin qurbanına çevrildiyi, bu gün Qərbi Azərbaycanda qalan Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizliyin sona çatacağı, vaxt gələcək azərbaycanlıların yenidən tarixi torpaqlarına qayıdacağı vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər