Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

 

Ötən gün Milli Məclisin iclasında millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı sensasiya sayıla biləcək açıqlama ilə çıxış etdi. Millət vəkili bildirdi ki, onun gənc dostları İrandan gətirilən spirtdən hazırlanan araqdan zəhərlənərək ölüblər. O, İrandan gətirilən spirtdən arağın necə – sexdəmi, özbaşınamı, yaxud zavodlardamı hazırlandığına aydınlıq gətirməyib və yaxud bu barədə məlumatsız olması da mümkündür. Ancaq bütün hallarda bu məsələ ciddi araşdırma tələb edir.

İslam adına iddia edən İranın Azərbaycana ixrac etdiyi narkotik növlərini bilirdik, indi buna spirtin də əlavə olunduğunu öyrəndik və bu, tam ayrı mövzudur. Maraqlı olan bunun idxal-ixrac əməliyyatlarında rəsmiləşib-rəsmiləşməməsidir: İran rəsmən Azərbaycana spirt ixrac edirmi?

DGK-nın hesabatında İrandan Azərbaycana spirtli içki idxalı ilə bağlı heç bir məlumat yoxdur. Maraqlıdır, bəs ölkəmizə "İran spirti” necə soxulur? Hansı "qapıdan” keçir?

Heç bir bəhanə ola bilməz: Azərbaycanın quru sərhədləri 4 ildir bağlıdır, kimsənin İrana səfər edərkən, qayıdanda özü ilə "yarım litr” içki gətirməsi ehtimalı yoxdur. Yüklər isə birbaşa DGK-nın nəzarətində ölkəyə daxil olur. Bəs, Azərbaycanda "İran spirti” necə peyda olur?

Digər cavab verəsi qurum isə AQTA-dır. Ötən gün "My Musik” otelində baş verən zəhərlənmənin qidadan olmadığını çox əsəbi formada tirajlayıb, bu barədə yayılan informasiyanı heç bir etik normaya sığmayan tərzdə təkzibləməyə çalışan AQTA "rəsmi cavab olmadan” belə məlumatların yolverilməzliyindən danışır. Halbuki bu cür "iddialı” açıqlamasının ardından Zaqatalada 40 nəfərin dönərdən zəhərlənməsi faktı ortaya çıxdı. AQTA isə "araşdırmaya başladığını” elan etdi. Adamlar zəhərlənib xəstəxanaya düşəndən və yaxud öləndən sonra araşdırmanı prokurorluq daha yaxşı aparır – AQTA-ya heç bir ehtiyac yoxdur. AQTA-nın vəzifəsi insanların zəhərlənməsinə qədər olan prosesdir. Nəticə varmı?

Əlbəttə var – ötən gün ən azı etiraf edilən 40 zəhərlənmə faktı!

Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, AQTA Zaqatalada baş verən zəhərlənmənin səbəbləri haqda məlumat yaymayıb.

Milli Məclisdə səsləndirilən və millət vəkillərini narahat edən məsələ haqda da heç bir açıqlama yoxdur.

Problem qaldırılıb: spirtli içki, araq necə olur ki, rayon yerlərində 3-6 manata satılır?

Millət vəkili bunun mümkün olmadığını, bu içkilərin saxtalığından şübhələndiyini ölkənin yüksək tribunasından elan edib. AQTA niyə "hərəkətə” keçib, informasiya yaymır? Niyə həmin içkilərin standarta uyğun olub-olmadığı haqda məlumat vermir?

"Bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir” kimi hədə-təhdid dili ilə sosial medianı susdurmağa gülünc cəhd edən AQTA-ya ünvanlayırıq sorğumuzu:

Millət vəkilinin Milli Məclisin tribunasından "dostların bu araqdan ölüb” açıqlamasını araşdırmamaq, ucuz araqların keyfiyyəti ilə bağlı məlumat yaymamaq yolverilməzdir, işinin öhdəsindən gəlməməkdir.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər