Turantv.az: – Şamaxı rayon GigiyenaEpidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.

Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.

Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.

Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.

Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.

İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.

Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər.//siam..az

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər