Ermənistanın iddiaları alt-üst oldu: Qərbi Azərbaycana qayıdış qaçılmazdır - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan pasportlarında müəmmalı "070” kodu nəyi bildirir?” adlı süjetdə rəsmi İrəvanın azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini gündəmdən çıxarmaq üçün dezinformasiya kampaniyasını rəsmi səviyyədə davam etdirməsinə, bu kontekstdə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın son açıqlamasına yer verilir.

Bildirilir ki, rəsmi İrəvan Qərbi azərbaycanlıların qayıdışını inkar edir, əvəzində Qarabağdan çıxan ermənilərin yenidən Azərbaycan ərazisinə köçməsi məsələsini ön plana çıxarmağa cəhd göstərir: "Ermənistan hakimiyyəti bu hədəflərinə nail olmaq məqsədilə "feyks-nyus” siyasəti yürüdür, diplomatik və hüquqi fırıldağa əl atır. "Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı danışıqlar mövzusu deyil” deyən rəsmi İrəvan diplomatik fırıldaqla sülh danışıqlarının mahiyyətini təhrif etməyə cəhd göstərir”.

Qeyd olunur ki, erməniləri Qarabağdan çıxaran rəsmi İrəvan onları qondarma "qaçqın” adlandırır və havadarlarının dəstəyi ilə bu məsələni beynəlxalq müstəvidə "saqqız kimi” çeynəməklə məşğuldur: "Bununla Azərbaycana təzyiq etmək və Qərbi Azərbaycana qayıdış perspektivinə qarşı "alternativ gediş” hazırlamaq istədikləri aydındır. Bu məqsədlə beynəlxalq hüququ təhrif edir, hüquqi fırıldağa əl atır”.

Diqqətə çatdırılır ki, Qarabağdan Ermənistana qayıdan ermənilərin "qaçqın” statusu daşıması beynəlxalq hüquqla mümkün deyil və 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qaçqın belə təsnif edilir: "İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”. Bu konvensiya BMT sənədlərinə də daxil edilib və beynəlxalq hüquqda "qaçqın statusu” ala biləcək şəxslərə aid edilir”.

Süjetdə "Qarabağdan çıxan ermənilər təqib olunublarmı, yaxud onlar öz ölkələrinə qayıda bilmirlərmi” sualı ətrafında aparılan araşdırmanın Ermənistanın "Qarabağ qaçqınları” tezisini alt-üst etdiyi  məlum olur və digər məsələlərə aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər