271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

 

Sabah, mayın 6-da Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Sümbülə Əliyevanın cinayət işi üzrə ötən həftə keçirilməsi planlaşdırılan məhkəmə prosesi baş tutmayıb. Sümbülə Əliyevanın saxlanıldığı təcridxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməsində problemlər yaranıb, bu səbəbdən də proses təxirə salınmışdı.

Turantv.az Musavat.com-a istinadən xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.

Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur. Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən ötən prosesdə Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurova etiraz edib. Bildirib ki, dövlət ittihamçısı Ziya Mansurov bir qayda olaraq onun verdiyi vəsatətləri "ehtiyac yoxdur” deməklə təmin edilməməsini istəyib. Sümbülə Əliyeva iş üzrə audit yoxlamasının keçirilməsinin vacibliyini bir daha dilə gətirib: "Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir”, – deyə Sümbülə Əliyeva bildirib. Hakimlər etirazı baxılmamış saxlayıb. Hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib. Mahmud Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib: "Protokola əsasən, siz sənədlərlə tanış olmusuz, ifadə verə bilərsiz. Ancaq siz məhkəməni süründürməçiliyə salırsız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız”.

Sümbülə Əliyeva əslində, sənədlərlə tanış olduğunu deyib: "Sənədlərlə tanış olduğumu boynuma alıram. Ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil”.

Hakim Mahmud Ağalarov sonuncu iclasda məhkəmənin ardıcıllığı üçün prosesin şahid ifadələri ilə davam edəcəyini deyib. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.

Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. İttiham tərəfi vaxtilə Sümbülə Əliyevanın rəhbəri olduğu 1 saylı Vəkillər Kollegiyası üzvlərini iş üzrə şahid qismində tanıyıb. Vəkil həmkarları məhkəmədə ittihamla bağlı bildiklərini deməlidirlər. İttiham təsdiqlənəcəyi halda Sümbülə Əliyavanı ağır cəza gözləyir.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər