Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

 

Xəbər verdiyimiz kimi, sabiq səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanlandığı məktubu ortaya çıxıb.

 
Elmira Axundova məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə R. Mehdiyevi qınayır.
 
 
 
Məktubla bağlı Ləman Ələşrəfqızı paylaşım edib.
 
O, bildirib ki, Elmira Axundova yenə hakimiyyətdən nəsə umur:
 
"Çox güman ki, deputatlıq. Qulağına səs dəyib ki, aha, seçkilər var və oğulciyəzi Həbibin hoqqabazlıqlarını ancaq deputat mandatı ilə ört-basdır edə bilər. Amma 2018-ci ildə Ramiz Mehdiyevə yazdığı danos-məktubun bu gün mətbuata çıxması xanım əfəndinin əl-qolunu əminəm ki, yanına saldı. Adama xatırlatdılar ki, get, o tərəfdə oyna. Bəsdir, riyakarlığınla, yaltaqlığınla və s bu kimi məziyyətlərinlə neçə çağırış deputat və bir neçə il də səfir kürsüsündə oturdun. Hələ azmış kimi "xalq yazıçısı” adını da aldın. Hansı bədii əsərlərinə görə? Hansı qələminə görə? Hər halda, adi bir jurnalist öz təbirincə desəm "dostu və ağsaqqalı” Ramiz Mehdiyevin sayəsində sərvət, imtiyaz sahibinə çevrildi. Və bu sərvət-imtiyaz onu jurnalistikadakı keçmiş həmkarları haqqında hədyan danışmağa, iftira yazmağa, torba tikməyə sövq etdi. Əslində bu məktub Elmira Axundovanın öz əxlaqını, şəxsi keyfiyyət(sizliy)ini ortaya çıxarır. Oxuduqca heyrətə gəlirsən. Adam evli oğlunun məşuqəsi haqqında danışarkən dostu Mehdiyevi həm də şantaj edir: tək o gəzmir ki, hamınızın qeyri qanuni nikahdan övladlarınız var deyir. Deputat həmkarlarını şantaj edir, naziri şantaj edir, hər kəsi baqaja qoyur. Ayağında 8 milyon pul, bir gənc qızın ölümü olan oğlu Həbibi mühüm bir şəxsiyyət, az qala dövlət adamı kimi təqdim edir. Əlbəttə, heç kim öz ayranına turş deməz. Ərköyün, qudurğan, gəzəyən oğlunu göyə qaldırıb, başqalarını yerə çırpan Elmira Axundovaya deyən gərək ki, Mehdiyevə məktubunda torbasını tikdiklərini də bir ana doğub e. Özününkünə bəraət, o birinə həqarət olmur. Vallah olmur”.
 
Jurnalist Afət Telmanqızı isə qeyd edib:
 
"Rusiya-Ukrayna müharibəsi başlayan gün Ukraynada yaşayan azərbaycanlıları Allahın ümidinə buraxıb qaçan fərari səfir Elmira Axundova. Adımı çəkib o zaman Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevə müraciət etmisən ki, tədbir görsün. Nəyə görə tədbir görməli idi? Dələduzluqla məşğul olan oğlunun qanunsuzluqlarını göstərdiyim üçünmü? Ana-bala dövləti talan etdiyini dediyim üçünmü? Satqın sözü sənə yaraşır. Hansı satqınlığımı görmüsən? Sənin kimi, oğlun kimi dövlətə, millətə xəyanət etməmişəm ki… Kimlərinsə haqqına girməmişəm ki… Kimlərinsə pullarını
mənimsəməmişəm ki… Kimlərinsə ölümünə səbəb olmamışam ki… Utan. Sənin oğlun nə qədər ki cinayət törədib azadlıqda gəzəcək sən hamıya böhtan atacaqsan. Qaçaq səfir”.
 
 
Qeyd edək ki, Axundova Mehdiyevə yazdığı danos-məktubundan danışıb.
 
"Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol” çəkiblər?”, deə bildirib.
 
 
Elnur
BakuPost

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər