Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...




Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. Lakin Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu barədə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Publika.az-a açıqlama verib.

O qeyd edib ki, gələn turistlərin Bakıda qalmasının bir neçə səbəbi var:

"Bunlardan biri Bakının həqiqətən də çox gözəl olmasıdır. Gələn turistlərin əksəriyyəti 3 gecə/4 gün, 4 gecə/5 gün gəldiyinə görə, o vaxt ərzində Bakı, Qobustan, palçıq vulkanı, Abşeron, Yanardağ, Qala muzeylərinə səfərlər edirlər. Bəzən alış-veriş də edirlər. Amma bu da işin əsas səbəblərindən biri olmamalıdır. Ümumiyyətlə, regionlardakı hava limanları gücləndirilmiş iş rejiminə keçməlidir Daha da münasib qiymətlərlə geniş imkanlar yaradılmalıdır. Məsələn, Qəbələdə bu prosesi keçdik. Ərəb və Körfəz ölkələrindən gələn turistlərin 90 % birbaşa uçuşlarla Qəbələyə gəlirdilər. Həm orada qalırdılar, həm də gəzirdilər. Həmçinin Qəbələ ilə yanaşı oradan da Şəki, Zaqatala, Qax və Balakənə gedirdilər”.

2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Ekspert əlavə edib ki, turistlər üçün yeni imkanlar yaradılmalıdır:

"Qərb və cənub bölgələrində hava limanları var. Ona görə də həmin istiqamətlər üzrə reyslər həyata keçirmək olar. Daha çox turistləri cəlb etmək üçün gələn qonaqları Gəncə hava limanından ödənişsiz olaraq Naftalana aparmaq olar. Bu da sağlamlıq turizminə öz töhfəsini verəcək. Bakıya gələn turistlərin əksəriyyəti ya Qubaya, ya da Qəbələyə gedir. Bölgələrdə festivallar keçirsək, daha maraqlı olar. Bizim çox gözəl toy adət-ənənələrimiz, milli mətbəximiz var. Hər bir bölgənin öz mətbəxi var. Beləliklə, fərqli yanaşsaq, bölgələri daha da maraqlı edə bilərik. Xüsusən 44 günlük zəfərdən sonra ölkəmizin nüfuzu dünyada daha da artmışdır. Buna görə də daha çox turisti cəlb etmək imkanımız var. Xüsusən Qarabağ bölgəsinə yaxın gələcəkdə minlərlə turisti cəlb etmək imkanımız olacaq. Digər bölgələrin potensialı olduqca yüksəkdir. Sadəcə xüsusi proqramlarla həmin yerləri daha da əyləncəli etmək lazımdır”.

Turizm eksperti Ceyhun Aşurov deyib ki, Bakıda hotellər daha çoxdur, bu da turistlər üçün əlverişlidir:

"Ölkəyə giriş-çıxış yalnız Bakıdan, yəni Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. Statistikaya görə uçuşların 90%-dən çoxu yalnız bu hava limanından baş tutur. Bu həm də o deməkdir ki, əcnəbilər Bakıya gəlməklə bir neçə gününü burada keçirirlər. Rayona gedənlərlə yanaşı, getməyənlər də olur. Rayona gedənlər də orada uzunmüddətli qalmırlar. Çünki qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar. Bütün bunlar əlavə xərc və enerji itkisidir. Turistdə istirahətə gəlib, yorulmaq istəmir. Həm büdcəsinə, həm də əlçatanlığına görə Bakını seçir. 4-5 günlük gələn turist rayonlara gedərsə, günün çox hissəsini yolda itirmiş olacaq”.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər