SƏRSƏM İDDİA: "Ermənistana xüsusi təlim keçmiş azərbaycanlılar qayıdacaq" - VİDEO



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İddia: "Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır” adlı süjet efirə gedib.

Publika.az xəbər verir ki, verilişdə erməni tarixçi və nağılçılarının onların xəstəliyinin sağalmaz mərəz olması, hayların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması ilə bağlı etiraflarından bəhs olunur.

Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdışı konsepsiyasının mahiyyətində 1988-ci ildə öz yaşadıqları yurdlardan qovulmuş azərbaycanlıların Vətəninə qayıdışını ehtiva edən humanist məramlar durur:

"Ancaq millətçilik və faşizm ideyaları ilə yoğrulmuş Ermənistan ictimaiyyəti bu sadə gerçəyi anlamaq iqtidarında deyil. Özləri hiyləgər və fürsətcil olduqları üçün hər kəsdə oxşar cizgiləri axtarırlar. Elə son günlərdə İrəvanda başlayan oyunbazlıqların mahiyyətində bu dayanır. Qarabağ gerçəkliyini qəbul edə bilməyən ermənilər indi də gülünc qanun layihəsi oyunu düzəldirlər. Bununla da Qərbi azərbaycanlıların qayıdışının qarşısını almaq üçün özünümüdafiə sipəri yaratmaq istəyirlər və bunu açıqca etiraf da edirlər”.

Diqqətə çatdırılır ki, erməni tarixçiləri və fəalları özlərinin dövlətçiliyinin olmadığını etiraf edirlər: "Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Hökumət Qarabağ məsələsini gündəmdən çıxaran kimi Azərbaycan Qərbi Azərbaycan məsələsini gündəmə gətirir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Azərbaycan bu müharibədə uduzsa da, sülh müqaviləsi imzalamadı. Atəşkəs edib qüvvə topladı ki, öz torpaqlarını qaytarsın. Hər bir vətəndaş Qərbi Azərbaycanın hansı təhlükə olduğunu bilməlidir. Azərbaycanlıların Ermənistana köçəcəyi halda axırımız necə olacaq?! Bizim hakimiyyət orqanlarımız 300 min azərbaycanlının Ermənistana köçürülməsinə razılıq verib”.

Süjetdə keçmiş deputat Tatevik Hayrapetyanın fikrinə də yer verilir:

"Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qalmamalıdır. Çünki o, ölkəni bu böhrandan çıxara bilmir. Biz niyə Qərbi Azərbaycandan və azərbaycanlıların qayıdışından danışırıq?! Burada dinc azərbaycanlıların qayıdışından söhbət getmir. Bu, Azərbaycanın düşünülmüş strategiyasıdır. Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır. Ermənistan hakimiyyətinin uğursuz diplomatiyası Qarabağın itirilməsinə gətirib çıxardı və Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyur”.

Sonda vurğulanır ki, erməni revanşistlərin bu sərsəm bəyanatları onları xaricdən maliyyələşdirənləri razı salmaq mənşəli olsa da, bu hərəkət erməni cəmiyyətinin düzgün yetişdirilməməsi hesabına formalaşan xəstə təxəyyüllərlə bağlıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər