Gündəm
7.05.2024, 14:15
Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək.
Qaynarinfo xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq.
Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin
təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə
təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir
Dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan
şəxslər;
Dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı” adı
almış şəxslərin övladları da bu güzəştlərdən yararlanacaq
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay