3 katibəli məktəb direktoru kimdir?

 

Əvvələr orta məktəblərdə rüşvətə səbəb kimi ilk növbədə əməkhaqqının aşağı olmasını bəhanə edirdilər. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, sertifikasiyadan yüksək bal yığmış müəllimlərin əməkhaqqı ölkə üzrə götürülən orta maaş səviyyəsinə gəlib çatıbdır.

Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı məktəblərdəki şagird sayına uyğun olaraq dəyişir ki, bu da ümumilikdə 1000 manatdan yuxarıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var – təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s…

Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər.

İstifadəyə meyilli rəhbərlərdən biri də 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərovdur. Əmək fəaliyyətinə 2001-ci ildə 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış Eldəniz müəllim 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-cı ildə 136№-li tam orta məktəbə direktor vəzifəsinə yüksəlmiş, 2021-ci ildən isə Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır.

Bu şəxs işlədiyi məktəblərdə həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığaraq son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olubdu. Bu isə təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olubdu. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır. Onun bir vaxtlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş və indi də Şəmkir RİH başçısı olsa da təhsil sahəsində sözü keçən Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək. Deyilənlərə görə, bu il də müəllimlər günü münasibətilə 252 nömrəli məktəb-liseydə yenidən yığım həyata keçirilibdi. Bildirilir ki, baş tutan "yığım əməliyyatı” məhz direktorun tapşırığına əsasən reallaşdırılıbdı. Təbii ki, bu da şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olubdu. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, himayədarı onun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olubdu.
Yeri gəlmişkən, məsələ ilə əlaqədar aktualxeber.az-a daxil oan informasiyalarda o da deyilir ki, E.Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə isə deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar əsasən birinci siniflərə yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyibdi. Çünki onun direktor olaraq öz prinsipləri var və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu "prinsiplər” ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktor… Əslində isə, valideynin "əziyyəti” və "təşəkkürləri” olur. Çünki direktora bir neçə dəfə "təşəkkür etmək” məcburiyyətində qalırlar. Deyilənlərə görə, o, məhz həmin "təşəkkürlər” hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edibdi.

Bir maraqlı məqama da diqqət edək ki, özünü oliqarxlara bənzədən Eldəniz Əkbərovun 3 katibəsi var. Direktorun Səbinə Yusifova adlı katibəsinin adı işdə xadimə getsə də onun əlinə süpürgə aldığını görən olmayıb. E.Əkbərovun 136 saylı orta məktəbdən özü ilə gətirdiyi Bəhruz adlı gözətçini özünə "cangüdən” kimi işlədir. Kimsə narazılıq edəndə Bəhruz həmin adamı işdən çıxarmaqla hədələyir. Son zamanlar isə rüşvəti direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüseyn Həsənovun əliylə alır. Liseydəki rüşvətxorluğa görə digər məktəblərə yerdəyişmə edən şagirdlərə görə məktəbdə şagird sayı azalıbdı və 5 günlük dərs sisteminə keçilibdi. Ümidvarıq ki, tezliklə Elm və Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə ciddi yoxlamalar aparılacaq və qanunsuzluq edən günahkarlar da cəzalandırılacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.(aktualxəbər.az)

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər