İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

 

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı xəbərlər son günlər intensiv xarakter alıb. Azərbaycanın yeni idarəetmə modelinə keçəcəyini iddia edən adamlar konkret tarix göstərməkdən çəkinmirlər. Onların qənaətinə görə, bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra ölkədə ciddi dəyişikliklərə start veriləcək. Bu proses icra hakimiyyətlərinin ləğvi ilə başlayacaq. 

 

Yenisabah.az bildirir ki, icra hakimiyyətləri ləğv olunandan sonra, yeni idarəetmə modeli – xüsusi nümayəndəliklər fəaliyyətə başlayacaq. Bu model artıq işğaldan azad edilmiş rayonlarda tətbiq olunur. Qarabağda xüsusi nümayəndəlik institutunun faəliyyətə başlaması yerli icra hakimiyyəti orqanlarının kölgədə qalmasına səbəb olub. Bunun müvəqqəti hal olduğu artıq hər kəsə məlumdur. Xüsusi nümayəndəlik institutu ölkə ərazisində tətbiq ediləndən sonra, hazırda işğaldan azad edilmiş rayonlar üçün xarakterik olan ikitirəliyə son veriləcək.

"Yeni Sabah”ın əldə etdiyi məlumata görə, icra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi icra başçıları arasında rəqabəti gücləndirib. Yeni idarəetmə modelində təmsil olunmağı arzulayın indiki icra başçıları ciddi-cəhdlə özlərinin "xalqın qeydinə qalan təəssübkeş məmur” obrazını yaratmağa çalışırlar. Onlar son günlər vətəndaşlarla daha çox təmas qurur, bələdiyyələrin səlahiyyətinə aid olan problemləri həll etməklə ictimai diqqəti öz üzərlərinə çəkməyə çalışırlar.

Hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlardan biri saytımıza icra başçıları arasında gedən gizli rəqabətin son günlər daha kəskin xarakter aldığını bildirib. Qeyd edib ki, "kiçik padşahlar” daha böyük posta iddialı olduqları üçün özlərini oda-közə vurur, hakimiyyətin ən yuxarı eşalonunun maraq dairəsinə düşməyə çalışırlar.

Məlumatlı şəxs, son günlər şəhid ailələri və qazilərə münasibətdə diqqətin artmasını da bu kontekstdən izah edib. Onun sözlərinə görə, yeni idarəetmə modelində təmsil olunmaq istəyən, yəni prezidentin xüsusi nümayəndəsi kimi ən azı 3-4 rayona rəhbərlik etmək iddiasında olan icra başçıları əhalinin aztəminatlı təbəqəsi ilə təmasları artırmağı son günlər özlərinin prioritet vəzifəsi elan ediblər.

Sonda mənbə bu cəhdlərin səmərə verməyəcəyini bildirib. Onun sözlərinə görə, mövcud icra başçılarının fəaliyyətindəki nöqsanlar üzündən Azərbaycan bu idarəetmə modelindən imtina edib. Buna görə də, həmin şəxslərə yenidən etimad göstərilməsi inandırıcı deyil.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər