Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

 

 

 

 

Son zamanlar məktəblərin idman və akt zallarının icarəyə verilməsi məsələsi gündəmdən düşmür.

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında 7 yaşlı Fərid Bakarova idman məşqçisi Mehman Xəlilovun kobud davranışlar sərgiməsi və uşağın ölməsi bu mövzunu aktual edib.

Bu hadisədən sonra sosial şəbəkələrdə və mətbuatada bir neçə məktəbin də idman zallarının icarəyə verilməsi ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.

Məktəbin direktoru Gülnar Qurbanova idman kompleksini adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.

Maraqlıdır, bu qanunidirmi, icarə haqqı nazirliyin, yoxsa məktəbin büdcəsinə gedir?

Turantv.AZ bildirir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil üzrə ekspert Elşən Qafarovun bildirib ki, məktəblərin ərazisi icarəyə verilə bilməz:

"Ümumi təhsil haqqında” Qanunun 30-cu maddəsinə görə, məktəblərin ərazisi icarəyə verilə bilməz. Amma birgə fəaliyyət mümkündür və bu, 8 ildir tətbiq olunur.

Bu da müqavilə əsasında tam qanunvericiliyə uyğun aparılır. Ölkədə, bəlkə də 15-20 nəfər nümunəvi direktor var, onlardan biri də Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktorudur. Həmin xanım işləyən, çalışqan məktəb rəhbərlərindən biridir.

O məktəbin ərazisini icarəyə verməyib, məktəbin ərazisini birgə fəaliyyət haqqında müqavilə əsasında verib. Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 10 nömrəli qərarı var. Təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olmaq qaydalarına uyğun olaraq müqavilə əsasında fəaliyyət göstərir. Orada da pul hesaba oturur”.

Təhsil eksperti məktəblərdə direktorların sinif otaqlarını müəllimlərə pul müqabilində icarəyə verdiyini qeyd edib:

"Bu gün Bakı şəhərində yerləşən məktəblərin təqribən yarısında məktəb direktoru sinif otaqlarını 400-500 manata müəllimlərə satır. Yəni məktəblərdə neqativ formada icarə kütləvi şəkildə var. Xüsusilə, Bakı məktəblərində daha çoxdur. Məktəb direktoru məktəbin otaqlarını öz müəllimlərinə satır.”

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər