Daşkəsəndə məktəb direktoru dərs saatlarında çobanlıq edir
Turantv.az:- Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş
mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox
asılıdır. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını,
tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini
bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli,
mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə
sədaqətli olmaq tələb edilir”.
Lakin bir sıra məktəb direktoru bu səciyyəvi xüsusiyyətləri
daşımadıqları kimi rəhbərlik etdiyi məktəbin nüfuzunu da aşağı salır. Bu
direktorlardan biri də Daşkəsən rayon Qaraqollar kənd tam orta məktəbinin direktoru Vasif Mustafayevdir.
O, dərs saatlarında məktəbdə olmaq yerinə torpaq sahəsində çobanlıq edir. Bu barədə TehsilMedia.az-a daxil olan şikayətdə bildirilir.
Bu direktor çobanlıq etməkdən məktəbi idarə etməyi unudub. Əgər bir
məktəbin direktoru dərs saatlarında işinin başında deyilsə, həmin
məktəbdə baş verə biləcək mənfi situasiyalara və yaxud hadisələrə kim
cavabdeh olacaq?
Təbii ki, işinə belə qeyri-ciddi, məsuliyyətsiz yanaşan bir direktorun
rəhbərlik etdiyi məktəbdə hər cür vəziyyətin yaşanılması gözləniləndir.
Direktor barədə aidiyyatı qurumlara müraciət olunub. Ümüd edirik ki, bu şəxs barəsində tezliklə tədbir görüləcək.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay