Məktəb direktoru deyir 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm… – 178 saylı məktəbdə nələr baş verir ?

 

 

Direktor Laləndər Hasilova deyir ki, 100 şagird sinifdə qalmayıb ki, 28 şagird qalıb… 
Əgər 28 şagird sinifdə qalıbsa, şagird 7-8 fəndən 2 alıbsa, dövlət bu müəllimlərə nə üçün maaş verməlidir..?   
Əsası 1970-ci ildə qoyulmuş, Nərimanov rayonunda yerləşən şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə baş verən neqativ hallar barədə yazmaq istəyirik.
Xeyli müddətdir ki, məktəbin direktoru Laləndər Hasilova Hafiz qızıdır. Bu məktəb ilk dəfə 28 şagirdin sinifdə qalması ilə medianın gündəminə gəlib. Bu məsələyə münasibət bildirən məktəb direktoru Laləndər Hasilova görün nə deyir: " Mən 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm..”
Lap yaxşı xanım məktəb direktoru. Bəs niyə demirsiniz ki, şagird necə olur ki, 1-2 deyil ee, 7-8 fəndən  2 qiymət alır. Əgər 1-2 fəndən olsaydı haradasa başa düşmək olardı. Amma şagirdin 7-8 fəndən 2 qiymət alması başqa mətləbdən xəbər verir. Əgər 3-4 şagird sinifdə qalsaydı, bunu da haradasa başa düşmək olardı. Amma 28 şagirdin sinifdə qalması onu göstərir ki, burada ümumiyyətlə, təhsildən danışamağa dəyməz. Məktəb direktoru deyir ki, 100 nəfər sinifdə qalmayıb ki, 28 şagird sinifdə qalıb…
Deməli, məktəb direktoru  fəxrlə deyir ki, sinifdə qalan şagirdlərin sayı 100 deyil… Onda ortaya sual çıxır ki, əgər  şagird 7-8 fəndən 2 qiymət alırsa, yaxud  28 şagird  sinifdə qalırsa…. Bəs dövlət hər ay, 12 ay, 1 il…bu müəllimlərə nə üçün əmək haqqı verib..?
Görəsən hansı ƏMƏK-dən söhbət  gedə bilər..? Axı, hər bir ƏMƏK son nəticəsi, məhsulu ilə ölçülür. Əgər bu müəllimlərin əməyinin nəticəsi 2-dirsə… Bizimlə söhbət edən 8 B sinifinin rəhbəri Babaşova Gülşən Sabir qızı deyir ki, bizim nə günahımız var, şagirdlər dərsə gəlməyib… Əgər şagird dərsə gəlməyibsə, onunla bağlı  ciddi söhbətlər aparmaq, şagirdin dərsə davamiyyətinə nəzarət etmək lazım idi… Bəs siz sinif rəhbəri maaşını nə üçün alırsınız, xanım Gülşən Babaşova…?
Bəs dövlət sizə sinif rəhbəri kimi buna görə əmək haqqı verir… Gülşən Babaşova sizin və digər sinif rəhbərlərinin işi valideynləri məktəb direktorunun yanına çağırmaq, bazarlıq etmək deyil ee…
Müxbirimizlə telefon söhbəti edən Gülşən Babaşova "Mənim işlərim çoxdur…vaxtım yoxdur…mənim borcum deyil sizə cavab vermək…mən hesabat vermirəm..”  deyir.
Birincisi, müəllimin, sinif rəhbərinin borcudur ki, medianın sorğusuna cavab versin. Biz sizə özəl həyatınızla bağlı  sual vermirik, Gülşən Babaşova…millətin övladlarının gələcəyi, təhsili ilə bağlı sual veririk…
Bəli, biz də yaxşı bilirik ki, repetitor yanına gedən şagirdlərin adı məktəbdə gedir, ona görə dərsə dəvamiyyət söhbətini edirsiniz…və o şagirdlərin valideynləri  buna görə pul verirlər…
Sözün qısası, məlumdur ki, bütün məktəblərdə kamera sistemi işləyir. Qoy Təhsil Nazirliyi, yaxud Korrupsiyaya qarşı Mübarizə İdarəsi medianın iştirakı ilə 178 saylı məktəbin kameralarını açsın və bizim dediklərimizin təsdiqini görsün. Onda bəlli olacaq ki, məktəb direktoru da, onun sinif rəhbərləri də əsl korrupsiya əməli ilə məşğul olurlar. Məktəbə gələn uşaqların sayı hər səhər sıra düzülüşündə kameralarda görünməlidir.

P.S. Təhsil də, Səhiyyə də, Qida da bizim gələcəyimizdir.

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər