Direktor müəllimin maaşını kəsib? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova tərəfindən müəllimin maaşının kəsilməsi ilə bağlı iddialara münasibət bildirib.

"Kanal1.az"ın məlumatına görə, qurumdan “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində yerləşən 162 nömrəli tam orta məktəbin direktoru tərəfindən müəllimin əməkhaqqının kəsilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb:
“Araşdırmanın nəticəsində 162 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnarə Qasımovanın 2020/2021-ci tədris ilinin əvvəlindən hazırkı dövrə kimi distant və əyani formada təşkil edilmiş dərslərdə iştirak etmədiyi məlum olub.

Qeyd olunan məsələ məktəbin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda da öz əksini tapıb. Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən E.Qasımova ilə dəfələrlə əlaqə saxlanılsa da, o, zənglərə cavab verməyib, ümumiyyətlə, məktəblə əlaqə saxlamayıb.
Daha sonra E.Qasımova ilə əlaqə yaradılıb və o, məktəbə dəvət edilib. Onunla müvafiq məzmunda söhbət aparılmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib və E.Qasımovanı dərslərin tədrisinə cəlb etmək mümkün olmayıb.

Məktəb rəhbərliyinə təqdim etdiyi yazılı məlumata əsasən, E.Qasımova dərslərə qoşulmadığını özü də etiraf edib”.

İdarədən qeyd edilib ki, bütün bunlar müvafiq qaydada rəsmiləşdirilib:

“Məktəb rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabeli tərtib edilərkən üzrsüz səbəbdən işə çıxmadığına görə E.Qasımovaya iş günləri hesablanmayıb və bu səbəbdən ona əməkhaqqı ödənilməyib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 4.2.2-ci bəndinə əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.

Məktəb tərəfindən verilmiş məlumata əsasən, E.Qasımovaya işdən çıxması ilə bağlı hər hansı bir təzyiq olmayıb”.
Qeyd edək ki, bir müddət əvvəl Elnarə Qasımova mətbuata açıqlamasında bildirib ki, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər