Fransada yaşayan azərbaycanlılar bəyanat yaydılar



Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar.

Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:

"Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını kəskin şəkildə qınayırıq.

Bildiririk ki, bu addım hər şeydən əvvəl Fransada uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir azərbaycanlı üçün ağır mənəvi zərbədir. Bu layihə hər şeydən əvvəl fransızların tarixən mövcud olmuş "Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarmasını siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirik”.

Bəyanatda bildirilib ki, öz azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik və haqsızlıq kimi qəbul edilməlidir:

"Bu da öz növbəsində nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır.

Layihə müəlliflərinə üz tutaraq bildiririk ki, məlum qətnamə layihəsi ilə siz multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz.

Təəssüf hissi ilə xatırladırıq ki, 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman, illərdir yaşayıb uğurla fəaliyyət göstərdiyimiz bir ölkə tərəfindən belə qərəzli yanaşma birinci dəfə deyil ki, nümayiş etdirilir.

Belə ki, tarixi Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı Palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər "ədalətli” olduğunu bir daha sübut edir.

Əvvəlcə Senat tərəfindən qəbul edilmiş qətnamə, indi də parlamentin aşağı palatasının belə bir layihəni müzakirəyə çıxarmaqla heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürərək Azərbaycanı ittiham etməsi tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir”.

Həmçinin vurğulanıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir:

"Aydındır ki, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə qarşıdurma meyllərini gücləndirəcək və bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.

Digər tərəfdən, bunu da unutmaq olmaz ki, Azərbaycan Fransanın qeyri-rəsmi lider olduğu Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata ciddi cəhddir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaratmaqla Aİ Şurasına qarşı fəaliyyət göstərmiş olur. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır ki, bu da gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil”.

"Fransa azərbaycanlıları bir daha bəyan edir ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn da, ədalətin də tələbi hər kəs üçün aydındır və Fransa da hamı kimi bu tələbə hörmətlə yanaşmalıdır.

Son olaraq Assambleya üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra "ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər