Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Praqada
Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron,
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş
naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib. Bəyanatda deyilir: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və
1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək
bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər
bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün
əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə
keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının
göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa
razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa
çatdıracaq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay