Ekspert: “Fransa rəsmi Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi ola bilməz”
"Fransa Azərbaycan ilə Ermənistan arasında danışıqlarda etibarlı vasitəçi sayıla bilməz”.

Bunu "Report”a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Fransa indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qurulması prosesində bitərəf sayıla bilməz.

O bildirib ki, 30 il ərzində demək olar, hər il biz Fransanın vəziyyəti necə gərginləşdirdiyini görürdük:

"Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun davranışında 1990-cı və 2000-ci illərdə Jak Şirak və Robert Koçaryanın hərəkətlərinin təkrarını görürük”.

Politoloq bildirib ki, oktyabrda Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat qəbul edilib. 

"Beləliklə, həm Ermənistan, həm də Fransa Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər”, - politoloq vurğulayıb.

Onun fikrincə, görüşdən sonra Fransada səsləndirilən bəyanatların vəziyyəti gərginləşdirdiyinin şahidi oluruq:

"Daha doğrusu, öz ölkələrinin sosial-iqtisadi problemlərini unudan Makron və onun partiyasının nümayəndələri hər gün erməni məsələsini müzakirə edirlər. Erməni diasporunun təsiri altında Fransa Avropanın təhlükəsizlik məsələlərini, Ukraynadakı müharibəni və digər aktual məsələləri unudur”.

Z.Məmmədov bunun arxasında açıq-aşkar erməni diasporunun maliyyəsinin dayandığını diqqətə çatdırıb:

"Erməni diasporu başa düşür ki, Fransa vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməyə davam etmək olar”.

Politoloq əlavə edib ki, Azərbaycan üçün ATƏT-in Minsk qrupu keçmişdə qalıb və hazırkı münaqişədən sonrakı mərhələdə Fransa Azərbaycan ilə Ermənistan arasında danışıqlarda etibarlı vasitəçi sayıla bilməz.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər