Fransalı deputat: “Makron Azərbaycanla Ermənistanı yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməlidir”



"Emmanuel Makron Azərbaycanla Ermənistanı bir-birinə yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməlidir”.

Bunu "Report”un yerli bürosuna fransalı deputat Andre Vilye Fransa Senatının Azərbaycanın əleyhinə hazırladığı qətnamə layihəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransa parlamentinin ölkənin xarici siyasətini müəyyən etmək cəhdləri yolverilməzdir:

"Fransa Milli Assambleyasında Azərbaycanla Ermənistan arasında münaqişənin davam etdiyi dövrdə qərəzli qətnamənin qəbuluna cəhdlər olunub. Bu zaman deputatların böyük əksəriyyəti ermənilərin mövqeyinə səs veriblər. Bu da onu göstərir ki, Milli Assambleya ölkənin xarici siyasətinə dair qərarlar verməyə çalışır. Bu, heç də normal deyil. Mən gedən proseslərdən və onların nəticələrindən çox məyusam”.

A.Vilye deyib ki, Fransada çox böyük erməni diasporu mövcuddur və onların təsir dairəsi də olduqca genişdir:

"Onlar Fransanın Paris ətrafı rayonları və ölkənin cənub bölgələrində çoxluq təşkil edirlər. Deputatlar seçkilər zamanı erməni seçicilərinin mütəmadi təzyiqlərinə məruz qalırlar. Burada şantajın bir növü olan seçki şantajından söhbət gedir. Bu əməllər sülhün bərpa olunması cəhdlərinə böyük əngəl törədir. Halbuki 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində, nəhayət, sülh şəraitində yaşaya bilərlər”.

Deputat Fransa hökumətinin Azərbaycan-Ermənistan münaqişəsindəki 30 illik diplomatik uğursuzluğundan sonra bu gün də faydasız siyasət yürütdüyünü vurğulayıb:

"Avropa İttifaqı Komissiyasının Prezidenti hazırda yaşadığımız enerji böhranına görə Azərbaycana səfər edib və bu səfər nəticəsində Azərbaycan Prezidenti Avropa İttifaqına ixrac olunan qazın iki dəfə artırılmasına razılıq verib. Fransa da öz növbəsində bu qərardan faydalan ölkələr siyahısındadır. Fransa hökuməti bir tərəfdən Ermənistanın tərəfini saxladığını nümayiş etdirir, digər tərəfdən qazı da daxil olmaqla Azərbaycanın təbii ehtiyatlarından faydalanır. Bu siyasət ermənilərin tərəfini tutduğunu artıq nümayiş etdirən dövlət başçısına heç bir mənada xeyir gətirməyəcək. Emmanuel Makronun vəkil rolunu oynamaqdansa, hər iki ölkəni bir-birinə yaxınlaşdırmağa xidmət edən siyasətə üstünlük verməsi daha faydalı olar. Bununla da Cənubi Qafqazda sülh və əmin-amanlıq bərpa olunar”.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər