Fatma Yıldırım: Dövlətimizin başçısı Astanada bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi

 

Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı regionumuzda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Dövlətimizin başçısı bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən danışıb, ərazilərimizin kütləvi şəkildə minalandığını xatırladıb. Bununla yanaşı, münaqişə başa çatdıqdan sonra da, Ermənistan sülh prosesinə zidd olaraq Laçın ərazisində 2021-ci il istehsalı olan minalar basdırıb. Ümumilikdə 10 noyabr Bəyanatından sonra 250 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub.
Deputatın sözlərinə görə, hazırda regionda sülhün təmin olunması istiqamətində bütün təşəbbüsləri Azərbaycan dəstəkləyir. Bu baxımdan, Praqa şəhərində keçirilən görüş və nəticəsində qəbul olunmuş bəyanat sülhə doğru irəliləyiş hesab olunur. Lakın Praqa görüşündə iştirak edən Fransa Prezidenti Emmanuel Makronun bir həftə sonra Azərbaycanın əleyhinə əsassız bəyanat verməsi cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılandı.
"Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edən Makron nədənsə 30 il ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalını, həmin ərazilərdə hər şeyin məhv edilməsini görməzdən gəlir. Fransa, onun prezidenti Emmanuel Makron Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin vacibliyini səsləndirməyib. Əksinə, Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkə Ermənistanı himayə edib. Qırx dörd günlük Vətən müharibəsində isə rəsmi Paris açıq şəkildə Ermənistana dəstək verdi. Makronun son bəyanatı da Fransanın erməni sevgisinin dəyişməz olduğunu təsdiqləyir. Belə olan halda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Fransanın obyektiv mövqe tutmayacağı da şübhəsizdir.
Prezident İlham Əliyevin də bundan sonra Fransanın prosesdə iştirakının qeyri-mümkün olduğunu deməsi xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir”, - deyə deputat bildirib.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan lazımi məsələlərdə adekvat addımlar atacaq. Bu, Ermənistanın razılaşmalara nə dərəcədə əməl etməsindən asılı olacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər