BM-in Qarabağ qərarı: Bakı 8 həftə sonra hansı cavabı verəcək?




BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalıdır.

Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, "Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları "qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd "Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.

Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.

Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta "pasportları”dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil;

İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin "pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir: BM-in qərarındakı bu tələb kağız üzərində "qeyd” olaraq qalacaq;

Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri şübhəlidir, çünki onların böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər;

BM-in qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-ə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilərin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər.

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər