İrəvan “Qarabağ erməniləri” üzərində Bakıya qarşı plan qurur - Yeni status oyunu


Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, "müvəqqəti müdafiə” statusu verdi. Bu, "qaçqın statusu”na bərabər hesab olunur, hərçənd, niyə "müvəqqəti müdafiə” olaraq qeyd olunması maraqlıdır.

Publika.az xəbər verir ki, beynəlxalq hüquq üzrə erməni ekspert Ara Qazaryan Ermənistan hakimiyyətinin planlarını açıb.

Qazaryan bildirib ki, Qarabağdan gələn ermənilərin Ermənistan vətəndaşlığı varsa, onlar üçün hansı "müvəqqəti müdafiə”dən söhbət gedə biləcəyi bəlli deyil.

"Ermənistan hökumətinin qərarı çaşdırıcıdır. İndiki halda onlara belə statusun verilməsinin nə mənası var və niyə müvəqqəti? Ola bilsin ki, hələ də Ermənistan vətəndaşlığı olmayan ermənilərin buna ehtiyacı var. Görünür, söhbət hansısa sosial proqramlardan gedir. Beynəlxalq hüquqda isə "sığınacaq axtaran şəxs” və "qaçqın” terminindən daha çox istifadə olunur. Qaçqın statusu geri qayıtmamaq prinsipini nəzərdə tutur. Bu, beynəlxalq hüququn məcburi normasıdır. Vətəndaşlığı olmayan şəxs isə sığınacaq üçün müraciət edir. Əgər əsasları varsa, dövlət qaçqın statusu verir, geri qaytarılmır. "Müvəqqəti müdafiə” statusu "qaçqın sttusu” ilə ziddiyyət təşkil etmir və ermənilərin beynəlxalq orqanlara müraciət imkanlarını məhdudlaşdırmır. Saxlanma nöqteyi-nəzərindən bu insanlar "məcburi köçkün”dürlər, geri qayıtmaq istəmirlər, yəni klassik mənada qaçqındırlar. Lakin onların Ermənistan vətəndaşlığı olarsa, qayıdış prosesi avtomotik sıradan çıxır, çünki Ermənistan dövləti onları himayəsinə götürür. "Müvəqqəti müdafiə” statusu buna görə lazım ola bilər”, - Qazaryan qeyd edib.

Ermənistanın "müvəqqəti müdafiə” planının hədəflərindən biri də Avropadanm daha çox pul əldə etməkdir. "Müvəqqəti müdafiə” termini Ermənistan qanunvericiliyində ilk dəfə 2008-ci ildə "qaçqınlar və sığınacaq haqqında” qanunda ortaya çıxıb. Qanunvericiliyə görə, yalnız Ermənistanla qonşu dövlətlərin ərazisindən xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin kütləvi axını zananı "müvəqqəti müdafiə” statusu işə düşür. Bu qərar absurd görünür. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan ermənilər öz ölkələrinə - Ermənistana qayıdıb. Digər tərəfdən, Ermənistan mediası "müvəqqəti müdafiə” statusunun hüquqi və siyasi baxımdan anlaşılmaz olduğuna diqqət çəkir.

"Sputnik Armenia” yazır ki, qanunu analiz etdikdə belə çıxır ki, "Dağlıq Qarabağ” "Ermənistana bitişik dövlətin ərazisi” kimi, "Qarabağ erməniləri”, o cümlədən, Ermənistan pasportu olanlar isə "xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxs” kimi tanınır.

Göründüyü kimi, rəsmi İrəvan hər şeyi bir-birinə qarışdırıb, həm beynəlxalq hüququ pozur, həm də bu addımını öz qanunlarına uyğunlaşıra bilmir.

"Müvəqqəti müdafiə” termini beynəlxalq hüquqda keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra məcburi köçkünlərin kütləvi axını zamanı Avropa İttifaqının Direktivinin (qanunvericilik aktının növü) qəbulu ilə yaranıb. Direktivə görə Aİ-yə üzv ölkələr məcburi köçkünlərin mühafizəsini dəstəkləyirlər. Lakin Direktiv ilk dəfə 2022-ci ilin martında – ukraynalı qaçqınların Aİ-yə axını zamanı işə salınıb. Ermənistan hakimiyyəti də Qarabağdan gedən ermənilərlə bağlı "müvəqqəti müdafiə” statusunu işə salmaqla Aİ-dən ukraynalı qaçqınlara verilən dəstəyin onlara da verilməsinə nail olmağa çalışır. Bununla yanaşı, əsas siyasi məqsədlərdən biri Azərbaycana qarşı iddiaların davam etdirilməsi və "müvəqqəti status” üzərindən bu iddialarına xaricdən də dəstəyin verilməsinə nail olmaqdır.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər