Bəhruz Məhərrəmov: Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi


Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi. Azərbaycan tərəfinin razılığı ilə erməni əsilli sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək üçün BMT missiyasının Qarabağa gəlməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyini və ümumbəşəri dəyərləri rəhbər tutur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, rəsmi Bakı şəffaflığı təmin etməklə göstərməkdədir ki, 23 saatlıq antiterror tədbirləri və sonrakı dövrdə beynəlxalq ictimaiyyət qarşısında aciz qalacağı sual, gizlətmək istəyəcəyi məqam yoxdur: "Əksinə, mülki insanlarla humanitar hüquq çərçivəsində ləyaqətli formada davranmaqla Azərbaycanın özünün beynəlxalq təsisatlara, o cümlədən BMT-yə öyrədəcəyi çox şey, göstərəcəyi çox nümunələr var. Bu mənada 30 il separatizm qarşısında susan, işğal və təcavüzlə bağlı Təhlükəsizlik Şurası qətnamələrini icra etməkdə aciz qalmış, qərarları yalnız Azərbaycanın özü tərəfindən hərbi-siyasi yolla təmin olunan BMT-nin Qarabağda müşahidələri obyektiv olacağı halda nəinki Bakını narahat etmir, əksinə, maraqlarımıza uyğundur. Çünki əsas həssas məqam olan ermənilərin köçü prosesində Azərbaycanın hər hansı formada təzyiq və təşviqindən söhbət gedə bilməz”.

Deputat qeyd edib ki, Qarabağdan köçməkdə olan ermənilər özləri də həm Azərbaycanda, həm də Ermənistanda media qurumları ilə söhbətdə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər: "İki gün öncə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşdə hətta ermənilər Azərbaycan dövlətinə humanist davranışlara görə təşəkkür edib. Artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edən xeyli sayda erməni var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ötən gün rəsmən məlumat yayıb ki, Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı heç bir məlumat yoxdur. Bir sözlə, proseslər şəffaf və aydın formada, Azərbaycanın beynəlxalq hüquqa hörməti, ümumbəşəri dəyərlərə sədaqəti çərçivəsində inkişaf edir. Qarabağda yaşamaq, Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəməyən ermənilər isə ya Ermənistan tərəfindən 30 il ərzində Qarabağa Yaxın Şərqdən qanunsuz formada köçürülən miqrasiya cinayətinin ortaqlarıdır, ya da Ermənistanın nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilərək Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilərdir. Köçənlərin digər qismi isə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimin təzyiqləri ilə Qarabağdan çıxanlardır. Ermənistanda bir qisim qüvvələr Qarabağdan köçənlərə Paşinyan iqtidarına qarşı istifadə etmək üçün, hökumət isə Azərbaycana "etnik təmizləmə" ittihamı irəli sürmək üçün potensial alət kimi baxır. Maraqlıdır ki, Qərbin bir sıra subyektləri, xüsusən Almaniya və Fransa situasiyadan faydalanmaq niyyətindədir. Əslində bu dövlətlər üçün erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir. Bu mənada əslində Ermənistan Azərbaycandan yox, Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. Qarabağa səfər edən BMT-nin müşahidə missiyası da ilk növbədə təşkilatın məqsəd və prinsiplərindən çıxış etməlidir”.

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər