Separatçılar imdad diləyir: Əliyevin çağırışı Xankəndidə nəyə səbəb oldu?



Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı Xankəndidə qalan separatçı-terrorçu rejimin ciddi narahatlığına səbəb olub. Erməni baş nazir bildirdi ki, "Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar” və "Qarabağ məsələsi sülh müqaviləsinə daxil edilməyə bilər”. Və əlavə edib ki, "Qarabağın "öz müqəddəratını təyinetmə” məsələsi çətindir”.

Paşinyanın verdiyi mesaj aydındır: reallıqlar Qarabağı Azərbaycan ərazisi kimi tanımaq zərurətini yaradıb, alternativ yol mümkünsüzdür.

Xankəndidəki separatçılar Paşinyana etiraz edir. Hərçənd, bu etirazın erməni baş nazirin açıqlamasından dərhal sonra yox, Azərbaycan Prezidentinin Qarabağla bağlı konkret mesajından sonra edilməsi maraqlıdır.

Prezident İlham Əliyev bəyan etdi ki, separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Paşinyanın açıqlamasından sonra Əliyevin sonuncu hesab edilə biləcək şərti elan etməsi, Xankəndidəki separatçıların yolun sonuna gəldiyi deməkdir. Bunu anlayan separatçıların iki gediş etdiyi müşahidə olunur:

Birincisi, Paşinyana etiraz edərək, "öz müqəddəratını təyinetmə” məsələsindən danışır, Ermənistandan, Rusiya sülhməramlılarından, həmçinin, "dünya ermənilərindən” imdad diləyirlər;

İkincisi, "Azərbaycan ermənilərə hücum edir” rəyini yaratmaq istiqamətində saxta iddialar irəli sürürlər;

Dünən iddia etdilər ki, Azərbaycan keçmiş Ağdərə rayonu ərazisində və Xocalıda atəş açıb. Eyni iddianı Rusiya Müdafiə Nazirliyi də təkrarladı. Məqsəd son seçimi elan edən Bakıya inteqrasiyanın mümkünsüzlüyünü, erməni əhalisinə "hücum edildiyi” görüntüsü yaratmaq və öz mövcudluqlarını qorumaqdır. Hərçənd, beynəlxalq ictimaiyyət öz səssizliyi ilə artıq bu iddialara inanmadığını nümayiş etdirir.

Bunun fonunda separatçıların erməni əhalisi üzərində təzyiq rıçaqları da hər keçən gün azalır. İstisna deyil ki, Qarabağda yaşamaq istəyən ermənilər separatçılara qarşı çıxaraq, Bakı ilə birbaşa təmaslar qura bilər. İndiyə qədər bir neçə dəfə belə addım atılıb. Prezident İlham Əliyevin son çıxışı ermənilərin seçimini sürətləndirəcək amildir.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər