Separatçılar çıxılmaz vəziyyətdə: Ermənilərin Bakıya gəlməməsi üçün...



Qarabağda qalan separatçılar çıxılmaz vəziyyətdədir.

Publika.az xəbər verir ki, separatçıların başçısı Araik Arutyunyanın dünən axşam səsləndirdiyi fikirlər bunu təsdiq etdi.

Araikin çıxışının mahiyyəti separatçı rejimi qoruyub saxılamaqdır.

Birincisi, Araik Qarabağdakı erməni əhalisini mövcud vəziyyətə dözməyə, "mübarizə” aparmağa çağırır, o cümlədən, Azərbaycanın ermənilərə qarşı "nifrəti”ndən bəhs edir.

Bu, erməni əhalisinin reinteqrasiya perspektivinin qarşısını almağa hesablanmış çıxışdır. Mövcud vəziyyət separatçıların bunu dilə gətirməsini zəruri edir. Çünki Laçın yolundan yüklərin keçidi dayanıb və rəsmi Bakı erməni əhalisinin təminatının Ağdamdan həyata keçirilə biləcəyini irəli sürür. Bu təklif Brüssel görüşündə Avropa İttifaqı tərəfindən dəstəkləndi. Digər tərəfdən, zamanla erməni əhalisinin də bu təklifə müsbət yanaşacağı perspektivi görünür, xüsusilə ermənilərin Laçın postundan istifadə etdikdən sonra azərbaycanlılar haqda yaradılmış "düşmən obrazının” siyasi məqsəd daşıdığının şahidi oldular. Separatçılar erməni əhalisini yenidən nifrətə, düşmənçiliyə körükləməyə çalışır, istisna deyil ki, bu məqsədlə təxribat da törədə bilərlər.

İkincisi, Araik Azərbaycanla "dialoqa” hazır olduqlarını, lakin Bakının bunu qəbul etmədiyini deyir.

Separatçıların "dialoq” istəyi "tərəf” kimi qəbul edilmək istəyindən qaynaqlanır. Rəsmi Bakının onlara sonuncu təklifi isə təslim olmaqla bağlı olub.

Üçüncüsü, Qarabağda "aclıq oyununu” davam etdirir, hər şeyin tükəndiyini iddia edir.

Halbuki, sosial mediada Qarabağdakı ermənilərin dəbdəbəli şənliklərindən videolar paylaşılır, hətta separatçı rejim dünən erməniləri dəbdəbəli şənliklərdən kadrlar paylaşılmamağa çağırıb. Araik isə çörəkdən tutmuş dərmana qədər hər şeyi "yoxa” çıxarıb. Onlar bununla diqqəti üzərlərinə çəkmək, beynəlxalq dəstək əldə etməyə çalışırlar. Hərçənd, beynəlxalq ictimaiyyətin ərzaq təminatı ilə bağlı Ağdam marşrutunu qəbul etməsi separatçıların vəziyyətini daha da çətinləşdirir. Çünki məqsəd həqiqətən də humanitar məsələdirsə və həqiqətən də ermənilərin humanitar problemi varsa, Azərbaycan bunu həll etməyə hazırdır. Bunun fonunda separatçıların "aclıq ssenarisi” qəbul olunmur.

Araikin çıxışı separatçıların yolun sonuna çatdıqlarının etirafıdır. Onun şantaja əl atması, bir həftə ərzində yol açılmayacağı təqdirdə "tədbirlər görəcəkləri” haqda dedikləri də bundan qaynaqlanır

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər