Deməli, Zəngəzur dəhlizi də olmamalıdır? – Laçın dəhlizi yoxdursa…

"Hazırda Azərbaycandan Naxçıvana gedən yolla bağlı hər hansı bir problemi yoxdur. Nəqliyyat dəhlizləri baxımından Azərbaycan ən əlverişli coğrafiyada yerləşir və ölkəmizin ərazisindən bir neçə nəqliyyat dəhlizinin önəmli marşrutu keçir. Zəngəzur dəhlizinin reallaşıb-reallaşmayacağı Azərbaycan üçün fundamental məsələ deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Zəngəzur dəhlizinə nəzarətlə bağlı son günlər İrəvan və Moskva arasında yaranmış gərgin vəziyyəti şərh edib:

"Əgər Zəngəzur dəhlizi reallaşmayacaqsa, deməli, regionda kommunikasiyalar açılmayacaq. Bundan ziyan çəkən yenə də Ermənistan olacaq. İndiki şəraitdə İrəvanın bütün manevrlərinin təməlində dayanan məsələ kommunikasiyaların Ermənistanın öhdəliyini yerinə yetirmədən açılmasıdır.

10 noyabr bəyanatının 3 iştirakçısı var. Lakin bu məsələlərdə məsuliyyət daha çox Ermənistanın üzərinə düşür. Ermənistan reallıqların dəyişdiyini əsas gətirərək, yəni Laçın yolunun artıq heç bir əhəmiyyət daşımadığını vurğulayaraq, paralel şəkildə kommunikasiyaların açılması məsələsini eyniləşdirməyə çalışır. Onların fikrincə, əgər Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də yoxdur”.

E. Mirzəbəyli əlavə edib ki, Laçın yolu ilə Zəngəzur dəhlizinin eyniləşdirilməsi indiki şəraitdə absurddur:

"Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın öhdəlikləri mövcuddur. Kreml bu öhdəliyin yerinə yetirilməsi məsələsinə cəhd göstərməlidir. Bu indiki şəraitdə Rusiyanın nüfuz məsələsidir. Cənubi Qafqazdakı nüfuzunun yerlə bir olmaması üçün o, Zəngəzur dəhlizi məsələsinə Ermənistana güzəştdə getməyəcək.

Ermənistan təhlükəsizliyinin təmin olunması məsələsini gündəmə gətirir. O, Ermənistanla Rusiya arasında imzalanmış sənədlərə əsasən həyata keçirilir. Dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. Amma Ermənistanın məqsədi Rusiya ilə bağlı bütün öhdəliklərdən imtina etməkdir”.

Siyasi şərhçi qeyd edib: "Cənubi Qafqaz beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin kəsişdiyi nöqtədir. Supergüclər bölgədə sabitliyin qorunub saxlanılmasında maraqlıdır. O ki qaldı Azərbaycanın qazanclarına, ölkəmiz bütün hallarda qazanır. Bakı artıq özünün nəqliyyat dəhlizi problemlərinin hamısını həll edib. İndiki şərtlər çərçivəsində Ermənistanın Zəngəzur dəhlizini reallaşdırmaması o deməkdir ki, İrəvan daha ağır şərtlər çərçivəsində dəhlizin reallaşmasına razı olacaq”.

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər