Qazaxın 7 kəndi, Zəngəzur dəhlizi və... – CİA Bakının İrəvana zərbə endirəcəyini deyir


ABŞ kəşfiyyatı Azərbaycanla Ermənistan arasında yeni müharibənin anonsunu verir.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, federal Kəşfiyyat Bürosu, Müdafiə Kəşfiyyatı İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Konqresə 2023-cü ilə dair "Qlobal risklər” mövzusunda illik hesabat təqdim edib.

Hesabatda Azərbaycan-Ermənistan münasibətlərinə də yer ayrılıb. ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycan hərbi təzyiqdən istifadə edə bilər və bölgədə yeni hərbi eskalasiya riski var.

"Hərbi qüvvələrin dövlətlərarası sərhədə yaxınlığı, atəşkəs mexanizminin olmaması və Azərbaycanın irəliləyiş üçün hərbi təzyiqdən istifadə etmək istəyini nəzərə alaraq, sülh müqaviləsi olmadığı müddətdə Ermənistanla Azərbaycan arasında vəziyyət qeyri-sabit olaraq qalacaq. Hər iki ölkənin Silahlı Qüvvələrinin sərhəddə olması eskalasiya ehtimalını artırır, lakin mümkün toqquşmaların müddəti və intensivliyi məhdud olacaq”, - ABŞ kəşfiyyatı proqnozlaşdırır.

Əslində təəccüblü deyil və bölgədəki proseslər, xüsusilə öhdəliklərini yerinə yetirməyən Ermənistanın sərgilədiyi mövqe və yeni risklər yaratması eskalasiyanın qaçılmaz olduğu fikirlərini önə çıxarır. Rəsmi Bakı İrəvana ən yüksək səviyyədə xəbərdarlıq edib və lazım olacağı təqdirdə, yenidən güc tətbiqindən çəkinməyəcəyini bildirib. ABŞ kəşfiyyatının da bu proqnozu gözləntiləri bir qədər də artırır.

Və mümkün hərbi eskalasiyanın hansı ssenari üzrə ola biləcəyi sualını da ön plana çıxarır.

Burada iki istiqamət üzrə hərbi hərəkətlilik ehtimalı görünür.
Birinci, sərhəd boyunca delimitasiyanın praktiki olaraq həyata keçirilməsidir: SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana verilən ərazilər, o cümlədən, 1990-cı illərdə işğal edilən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılmalıdır; Ermənistan bu məsələdən yayınmağa çalışır, lakin Bakı dəfələrlə bildirib ki, bu kəndlər və ərazilər delimitasiya prosesində həllini tapmalıdır, əks təqdirdə, iş hərbçilərin öhdəsinə düşür;

İkincisi, Zəngəzur dəhlizinin açılması istiqamətində məcburetmə addımlarıdır: Azərbaycan 10 noyabr razılaşmasına uyğun olaraq Laçından maneəsiz yol verilməsini təmin edib, Ermənistan isə Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edir, buna paralel olaraq, rəsmi Bakının Laçın və Zəngəzur dəhlizinin eyni rejimdə işləməsi – nəzarət keçid-məntəqələrinin qurulması təklifini rədd edir;

Azərbaycan və Ermənistan arasında mümkün hərbi eskalasiyanın bu istiqamətlərdə ola biləcəyi istisna deyil.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər