Hikmət Hacıyev: “İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”



"Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”.

"Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, - H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.

"Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk”, - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.

H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.

"Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

"Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir”, - H.Hacıyev fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər