Zəngəzur dəhlizi iki ay sonra açılacaq: Xəritə ortaya çıxdı - FOTOFAKT




Zəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq.

Publika.az xəbər verir ki, bu barədə rusiyayönümlü erməni bloqer Mika Badalyan yazıb.

Erməni bloger Zəngəzur dəhlizinin Qərb tərəfindən açılacağını iddia edir. Bu, bir qədər məntiqsiz görünür, lakin Badalyan "sübut” kimi "Googlemaps”a istinad edir.

"Qərb Zəngəzur dəhlizini 2023-cü ilin dekabrında açmağı planlaşdırır. "Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər. "Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə "Google” şirkətinə məlumat ötürə bilməz. Əgər Azərbaycan məlumat ötürsəydi, o zaman, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verən hər şeyin arxasında Qərb dayanır və məqsədi Ermənistanın parçalanması hesabına olsa belə Zəngəzur dəhlizinin həyata keçirilməsidir” – Badalyan iddia edir.

Zəngəzur dəhlizi iki ay sonra açılacaq: Xəritə ortaya çıxdı - FOTOFAKT


Erməni bloqerin bu fikirləri maraqlı olsa da, məntiqdən uzaq görünür. Çünki Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadədə maraqlı olsa da, bu layihə bölgədə Rusiyaya da sərfəlidir. Daha doğrusu, hər iki tərəf – Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsa da, Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin açılmasını istəyir. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Rusiya dəhlizin 10 noyabr razılaşmasına uyğun açılmasında maraqlıdır, çünki öz qüvvələrini bura yerləşdirə və nəzarət imkanı qazana bilər.

Qərb Rusiyanın bu yola nəzarət etməsini istəmədiyi üçün dəhlizin Ermənistanın nəzarətində olmasını istəyir. Badalyanın bu iddiası daha çox Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyinin və Qərbə yaxınlaşmasının Ermənistan üçün mənfi nəticələri haqda ictimai rəyi formalaşdırmaq cəhdidir. Badalyan bu fəaliyyətinə görə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən "qanunsuz silah saxlamaq” ittihamı ilə saxlanılıb, bir neçə gündən sonra izə azad edilib.

Bölgədəki proseslərin isə Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılması – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi - istiqamətində getdiyi aydın görünür.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər