Zəngəzur dəhlizi açılmasa, bu addımı atacağıq!



Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ABŞ Dövlət katibi Entoni Bilinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşünün nəticəsini necə qiymətləndirərdiniz?

- Bu cür görüşlər münaqişənin həllinə yox, Azərbaycana ümidlər verməklə yeni toqquşmaların qarşısının alınmasına hesablanıb. Baxın, bu gün Ermənistanda hökumət ona görə ittiham olunur ki, o, 2018-ci ildən başlayaraq "Qarabağ Ermənistandır, nöqtə”, yaxud "Artsax” Azərbaycanla danışıqlarda birbaşa iştirak etməlidir” deməklə, radikal və maksimalist mövqe ortaya qoyub və danışıqların davam etdirilməsini mümkünsüz hala gətirməklə müharibəni qaçılmaz edib. Hazırda Paşinyan düşünür ki, səhvlərindən və tənqidlərdən nəticə çıxarıb. Amma anlamır ki, Azərbaycan buna imkan verməyəcək.

- Sülh sazişi imzalanmadan Azərbaycanın delimitasiya və demarkasiya işlərinə başlamasını düzgün sayırsınızmı?

- Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişi imzalanmalı, sonra delimitasiya və demarkasiya işlərinə başlanılmalıdır. Hazırda bu işlər paralel aparılır, düşünürəm ki, bu, bizim sülhə nail olmağımız üçün danışıqlardakı daha konstruktiv mövqeyimizlə bağlıdır. Amma ermənipərəst vasitəçilər nəzərə almırlar ki, sülh olmadan necə düşmən dövlətlə əməkdaşlıq etmək, delimitasiya işlərini həyata keçirmək olar? Müstəqilliyimizdən 31 ildən artıq vaxt keçir, biz hələ də bəzi qonşularımızla sərhədlərin delimitasiyası məsələlərini tam həll edə bilməmişik. Onlar sülh istəmirlər. Sərhədləri delimitasiya etməklə Ermənistanın təhlükəsizliyini təmin etmək, münaqişəni dondurmaq, özləri üçün əlverişli məqamda sərhəddə təxribatlar təşkil etməklə KTMT-ni münaqişəyə cəlb etmək imkanı əldə etməyi hədəfləyirlər.

- Qarabağda mövcud status-kvonun qorunub saxlanılması və "status” məsələsinin gələcək nəsillərə saxlanılması təklifinə münasibətiniz necədir?

- Əslində, bu, dünyada zorakılığın stimullaşdırılması və siyasi iradənin hərbi güc tətbiq etməklə qəbul etdirilməsi deməkdir. Ermənistan hərbi güc tətbiq etməklə Qarabağda və Qarabağı əhatə edən 7 rayonda etnik təmizləmə aparıb, Xocalıda genosid cinayəti törədib, həmin əraziləri Azərbaycan dövlətinin yurisdiksiyasından, nəzarətindən çıxardaraq "artsax” adında qondarma "dövlət” yaradıb. İndi Azərbaycandan tələb olunur ki, Qarabağ ermənilərinə status verilməsi məsələsi qeyri-müəyyən müddətə təxirə salınsın və Azərbaycan işğalçı Ermənistanın yaratdığı qondarma "artsax dövləti”ni de-fakto tanısın, onunla əməkdaşlıq etsin. Onu da qeyd edim ki, 10 noyabr 2020-ci il sazişində qondarma rejimin tanınması və status məsələsi barədə bir söz belə yoxdur. Ermənistanla sülh sazişinə dair təkliflər beynəlxalq hüquq və 10 noyabr sazişi əsasında hazırlanmalıdır. Həmin müqaviləyə görə, Ermənistan hərbi hissələrini Qarabağdan dərhal çıxarmalı, kommunikasiyalar açılmalı idi. Yəni Ermənistanın Azərbaycana təcavüzünün, işğalın nəticələri aradan qaldırılmalıydı. Bu həm də Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyinin bərpası deməkdir. Biz vasitəçilər və Ermənistan qarşısında ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasını, vurulmuş zərərə görə kompensasiya (təzminat - reparasiya) tələb etməliyik. Azərbaycan 5 bənddən ibarət sülh təkliflərinə bunu da əlavə etməlidir.

- Ermənistan 10 noyabr sazişini icra etməsə, nə etməliyik?

- Prezident Şuşada birmənalı şəkildə bəyan etdi ki, Ermənistan 10 noyabr sazişini icra etməsə, Azərbaycan qəti addımlar atacaq. Bu o deməkdir ki, Ermənistan öz qoşunlarını Azərbaycandan tezliklə, könüllü olaraq çıxarmasa, biz bunu güc tətbiq etməklə edəcəyik. Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa, vaxtilə Ermənistanla Azərbaycan arasında mövcud olmuş kommunikasiyalar açılmayacaq, Laçın dəhlizi bağlanacaq. Sülh sazişi imzalanmasa, Ermənistanla diplomatik əlaqələr, gediş-gəliş, əməkdaşlıq da olmayacaq. O zaman Qarabağdakı erməni sakinlər istəsələr, Ermənistana Gürcüstan üzərindən gedə bilərlər. Biz Naxçıvana İran üzərindən getdiyimiz kimi...

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər