“Bu ərazilər qaytarılmasa, Azərbaycan bir neçə saatlıq əməliyyat keçirəcək” – Açıqlama

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin 19-20 sentyabrında isə ordumuzun həyata keçirdiyi antiterror tədbirləri ilə qondarma rejim özünü buraxdı və suverenliyimiz bərpa olundu. Buna baxmayaraq, hələ də işğal altında olan 7 anklav kəndimiz var ki, onların da aqibəti sual doğurur. Ümumən bu ərazilərin azad edilməsi prosesi hansı formada baş tuta bilər?

 

Turantv.az xəbər verir ki, politoloq Natiq Miri bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında əsas problem elə sərhədlərin müəyyənləşməsi ilə bağlıdır:

"Bu məsələnin də təxminən 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi kontekstində həll olunması nəzərdə tutulur.

Ancaq ərazilərin ölçüsü hələlik birmənalı olaraq razılaşdırılmayıb. Ermənistan rəhbərliyinin konkret rəqəmlər ortaya qoymasına baxmayaraq, Azərbaycan heç bir zaman bu çərçivədə Ermənistanın ərazilərini tanımayıb və bu, dilə gətirilməyib. Ona görə də düşünürəm ki, 7 kəndimizin işğalda olması probleminin aradan qaldırılması məhz sərhədlərin delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Yəni hələlik Azərbaycanın istəyi budur”.

N.Miri hesab edir ki, əgər sülh müqaviləsi imzalanarsa, bu məsələ hüquqi cəhətdən ədalətli həllini taparsa, təbii ki, Azərbaycan bu torpaqların yenidən onun yurisdiksiyasına qayıtmasında maraqlıdır: "Ancaq məsələ bu cür həll olunmazsa və Ermənistan prosesi yenə uzadarsa, düşünürəm ki, Azərbaycan onda işğalda olan ərazilərini azad etmək hüququnu özündə saxlayır və kimsə bu məsələyə etiraz edə bilməz”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanın 7 kəndinin işğal altında olması faktdır və işğalda olan ərazilərin azad edilmə hüququ BMT-nin nizamnaməsində birmənalı olaraq təsdiq edilib: "Ona görə də Ermənistan yenə zamana oynamaq, prosesi sabotaj etmək siyasətinə üstünlük versə və geridə qalan 3 il ərzində baş verən proseslərdən düzgün nəticə çıxarmasa, Azərbaycan Ordusu bir neçə saatlıq əməliyyat həyata keçirəcək. Bir sözlə, Ermənistan növbəti dəfə dəmir yumruq görmək istəyirsə, prosesi yenə də uzatmağa davam etsin”.

"Ötən illər bizə onu öyrətdi ki, rəsmi İrəvan hadisələrdən dərs çıxara bilmir. Bu da 7 kəndin işğaldan azadetmə prosesində hərbi məsələni yenidən gündəmə gətirir. Ona görə də bu məsələ Ermənistan rəhbərliyinin bundan sonrakı davranışından asılı olacaq. Əgər bu məsələ diplomatik səviyyədə həll olunmayacaqsa, əmin olun ki, Azərbaycan 7 kəndimizi də bir neçə saat ərzində azad edəcək və bu ərazilərdə də özünün suveren haqlarını təmin edəcək”, – deyə analitik fikrini yekunlaşdırıb./Konkret.az

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər