İrəvanın “ötür-ötür oyunu”: Sülh müqaviləsi dalana dirənir – Görünəni odur ki…

 

 

 

Yaxın zamanda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı ehtimal özünü doğrultmaya bilər.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan yerli mətbuata açıqlamasında bildirib ki, bu ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər. Bu yaxınlarda Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə hər iki tərəfin bəzi mühüm məsələlər üzrə ortaq məxrəcə gəlməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımasını bəyan etməsi göstərir ki, yay aylarında ABŞ və ya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında ən azı ilkin sülh sazişinin imzalanması mümkündür. Ancaq Qriqonyanın bəyanatından görünür ki, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə sülh prosesini uzatmağa çalışır.

Ümumiyyətlə, İrəvan hansı güc mərkəzlərinin təhriki ilə prosesdən yayınır?

Turantv.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Soros Fondunun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan və onun komandası məhz Qərbin göstərişləri əsasında hərəkət edir:

"Ermənistan hakimiyyətinin xarici siyasətini, yəni Avroatlantik meyilli siyasət yürütməsini nəzərdən keçirsək, şübhəsiz ki, İrəvanın regionda, eləcə də ölkə daxilində Rusiyanın təsir imkanlarının azalması istiqamətində addımlar atdığını görərik. Regionda geosiyasi reallıqlar onu göstərir ki, Ermənistan Qərbə doğru inteqrasiya etməyə çalışır. Ermənistanın Rusiyanın layihələri – Avrasiya İqtisadi İttifaqı və KTMT-də hazırki fəaliyyətinin passiv olması məhz bununla bağlıdır.

Ermənistanın KTMT-nin son təlimlərində iştirak etməkdən boyun qaçırması və NATO-nun təlimlərinə üstünlük verməsi birmənalı şəkildə Qərb dairələrinin tapşırıqlarının yerinə yetirilməsindən irəli gəlir. İstər Rusiya, istərsə də Azərbaycanla bağlı siyasətdə Paşinyan hakimiyyəti ABŞ-ın göstərişlərinə əsasən manevrlər edir. Nə ABŞ, nə də Avropa İttifaqı Paşinyana sərbəst və azad hərəkət etməsinə imkan verməzlər”.

Politoloqun sözlərinə görə, ABŞ və Aİ-nın Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsləri hər ikisinin Cənubi Qafqazla bağlı geosiyasi hədəflərindən irəli gəlir:

"ABŞ və Aİ-nın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmalarının səbəbləri birbaşa regionda geosiyasi maraqları ilə bağlıdır. Məsələn, Azərbaycan, Türkiyə və Rusiya üçün önəmli olan regional kommunikasiyaların açılması məsələsində Vaşinqton və Brüssel fərqli mövqe sərgiləyir.

2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət etməlidir. Lakin ABŞ və Avropa İttifaqı bunun əlehinədir. Bayden administrasiyası bəyan edir ki, Ermənistan müstəqil dövlət olduğu üçün ərazisindən keçən yola özü nəzarət etməlidir. Əlbəttə, beynəlxalq hüquq normalarına görə, Ermənistanın buna haqqı çatır.

Amma burada ciddi problemlər yarana bilər. Həmin yola, yəni Zəngəzur dəhlizinə Ermənistan sərhədçilərinin nəzarət etməsi Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına nə dərəcədə cavab verəcək? Bu suala indindən cavab vermək qeyri-mümkündür. Ona görə də sülh müqaviləsinin imzalanmasından əvvəl hər iki dövlət arasında ilk növbədə nəqliyyat kommunikasiyaların açılmasına nail olmaq lazımdır, ondan sonra isə iki dövlətin sərhəd ərazilərinin delimitasiyası istiqamətində danışıqlar aparılmalıdır. Bu iki məsələdə uğur əldə etdikdən sonra sülh müqaviləsindən danışmaq olar”.

E.Manafov vurğulayıb ki, Ermənistan hakimiyyətinin sülh müqaviləsi ilə bağlı bəyanatları yalnız manipulyasiya xarakteri daşıyır:

"Erməni tərəfi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, guya İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bununla yanaşı, Ermənistan tələb edir ki, Azərbaycan Qarabağın erməni ictimaiyyətinin təhlükəsizliyinin təminatına beynəlxalq mexanizm çərçivəsində zəmanət versin. Halbuki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağ onun daxili işidir və heç bir güc mərkəzi bu məsələyə müdaxilə edə bilməz.

Ölkəmizin rəhbərliyi onu da bildirib ki, Qarabağda məskunlaşan ermənilərin hüquqları və təhlükəsizliyini öz konstitusiyası, o cümlədən beynəlxalq hüququn normaları çərçivəsində təmin edəcək. Paşinyanın sülh müqaviləsi ilə bağlı bəyanatları Ermənistanın daxili auditoriyasında narahatlıqların aradan qaldırılmasına hesablanıb. Eyni zamanda, Ermənistan bu kimi addımlarla beynəlxalq ictimaiyyətin gözü qarşısında özünü "sülh göyərçini” kimi göstərməyə çalışır”.

Son xəbərlər

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Bütün xəbərlər