Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanla yanaşı regionun da inkişafına nail olmağa xidmət edir

 


 Oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizlə torpaqlarımızın 20 faizinin işğaldan azad edildiyini bildirərək, işğal dövründə infrastrukturun dağıdıldığını, mədəni və dini abidələrimizin, məscidlərimizin təhqir və talan olunduğunu qeyd etdi.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın Azərbaycan vətəndaşının taleyi haqqında hələ də məlumat olmadığını, onların əksəriyyətinin işgəncə edilərək, kütləvi məzarlıqlarda basdırıldaqlarını bildirdi. Qeyd olundu ki, işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlığın aşkar olunması Ermənistanın müharibə cinayətlərini sübut edən mühüm faktlardır. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək Ermənistanın itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə Azərbaycana məlumat təqdim etməli olduğunu xüsusilə qeyd etdi.
Bu barədə Milli Məclisin deputatı Cavid Osmanov AZƏRTAC-a açıqlamasında deyib.
"Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsinə son qoyduğunu və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını da özü təmin etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu ağır problemə baxmayaraq, Azərbaycan "Böyük Qayıdış”a artıq başlayıb. Belə ki, ərazilərin minalardan təmizlənməsi ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı bərpa-quruculuq işləri aparır ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Qayıdış prosesi artıq başlanıb və keçmiş məcburi köçkünlər mərhələli formada öz doğma el-obalarına qayıdırlar”, - deyə C.Osmanov diqqətə çatdırıb.
Deputat bildirib ki, Prezident İlham Əliyev Zirvə Toplantısında çıxışında Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistanın sərhəddə təxribatlar törətməkdə davam etdiyini, təxribatlara görə məsuliyyətin məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi. Ermənistandan fərqli olaraq Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Təbii ki, Azərbaycanın məqsədi Cənubi Qafqazda, ümumilikdə regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasıdır. Məhz bunun üçün ölkəmiz öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Regionun hərtərəfli inkişafına töhfə vermək üçün Azərbaycanın çox böyük real imkanları, eləcədə güclü potensialı vardır.
"Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanla yanaşı, regionun da inkişafına nail olmağa xidmət edir. Artıq Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik etməsi buna bariz nümunədir. Azərbaycanın bu təsisatda sədrliyi üzv ölkələrin yekdil qərarı əsasında əlavə olaraq daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb.
Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir”, - deyə Cavid Osmanov bildirib.

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay