Zəfər tamamlandı: Əliyev bayrağımızı Xankəndidə dalğalandırır


Qarabağdakı separatçı rejim bu gün "rəsmi olaraq” özünü buraxdı və 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın 250 illik məğlubiyyət tarixinin dəyişdirən, bölgədə tamamilə yeni reallıqlar yaradan Vətən müharibəsində əldə etdiyimiz Zəfər tamamlandı.

2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannamə münaqişəyə son qoymuş, lakin ermənilərin yaşadığı ərazilərdə suverenliyimizi tam bərpa etməmişdi. Bu ərazilərə Rusiya sülhməramlıları nəzarət etsə də, qondarma rejim mövcudluğunu saxlayır və suverenliyimizə təhdid yaradırdı. Azərbaycan ictimai rəyində haqlı etirazlar var idi, lakin ən pisi torpaqları azad edən, Şuşaya bayraq sancan Əliyevin opponentləri, daha doğrusu ona opponent olmağa iddia edənlər bu situasiya üzərindən siyasi manipulyasiya edir, əldə edilən Zəfəri kölgələməyə çalışırdı.

"Xankəndi nə oldu bəs”, "Xocalıya niyə girmədik”, "Ağdərə, Xocavənd işğalda qaldı”, "torpaqlarımız Rusiyaya verildi” kimi iddialar irəli sürülür və siyasi fürsətçillər bundan qələbəninin gözdən salınması üçün istifadə etməyə çalışırdılar. Onlar üçün məsələ torpaqlarımızın azad olunması yox, torpaqları Əliyevin azad etməsi idi.

Cəbhədə Vətən müharibəsini qazanan Əliyev isə suverenliyimizin tam bərpası istiqamətinə doğru addım-addım yaxınlaşırdı.

- Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan "Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədin tam bərpası ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi;
- Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi;
- Separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı: silah-sursat daşınmasının qarşısı alındı, təminatları kəsildi;
- Reinteqrasiya prosesi ön plana çıxarıldı, eməni əhalisinin separatçların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı;
- Və nəhayət, antiterror tədbirləri ilə separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi;

Beləliklə, 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı. Və suverenliyimiz tam bərpa olundu. Əliyev "nəyi nə vaxt etmək lazım olduğunu” bir daha nümayiş etdirdi.

Bundan sonra proseslərin necə inkişaf edəcəyi artıq bəllidir: Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonunun ərazisi ordumuzun nəzarətindədir, Xankəndində isə təhvil-təslim prosesi 2024-cü ilin yanvar ayının 1-nə qədər, yəni önümüzdəki 3 ay ərzində həyata keçiriləcək; şəhərdə Azərbaycan bayrağı dalğalanacaq, mərkəzi hakimiyyət bərpa olunacaq, burada yaşamaq istəyən ermənilər vətəndaşlığı qəbul edəcəklər;

İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər