Taxtdan salınan XAN Naxçıvana qəsdən ZİYAN VURUR? – İLGİNC FAKTLAR

 

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra muxtar respublikada müsbət dəyişikliklərin olacağı gözlənilsə də, bu proqnozlar özünü doğrultmadı. Yeni formalaşmış idarəçilik bir çox sahələrdə gözlənilən islahatları həyata keçirə bilmədi. Hazırda muxtar respublikada bəzi qurumların ümumiyyətlə fəaliyyət göstərmədiyi bildirilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz bildirib ki, tikinti sekstorunda ümumiyyətlə fəaliyyət dayanıb:

"Naxçıvanda bir çox sahələr tamamilə dayanıb. Bunların başında tikinti sektoru gəlir. Məndə olan məlumata görə, bunun səbəbi hakimiyyətdə olan köhnə komandanın işi sabotaj etməsidir. Bildiyiniz kimi bu sahədə bir çox layihələr tenderdən keçməlidir. Lakin köhnə komandanın üzvləri layihələrin tenderdən keçməsinə icazə vermirlər. Hökumət tikintilərin həyata keçirilməsi üçün 245 milyon pul ayırsa da, il yarımdan çoxdur ki, işlər tamamilə dayanıb. Bu sektorda çalışan işçilər də uzun müddətdir ki, bu sahənin yenidən açılmasını gözləyir. Əldə etdiyim məlumata görə, "Naxçıvan” universiteti də fəaliyyətini dayandırıb. Bu universitet özəl olmasına baxmayaraq, olduqca yüksək səviyyədə təhsil veriridi. İş yerlərinin açılmasında hər hansı bir dirçəlmə yoxdur, hətta əksinə, bir çox müəssisələr bağlanır. Bu isə insanlarda narazılıq doğurur. Səbəb isə yeni komanda ilə köhnə komanda arasındakı rəqabətlə bağlıdır. Naxçıvanda köhnə idarəetmənin tamamilə ləğv edilib yeni kadrlardan ibarət idarəetmənin təşkili planlaşdırılırdı, lakin bu baş tutmadı”.

Heydər Oğuz səhiyyə sektorunda özünü göstərən acınacaqlı durumdan da bəhs edib:

"Naxçıvanda ən mühüm problemlərdən biri də səhiyyə sistemi ilə bağlıdır. Vasif Talıbovun dövründən Naxçıvanda səhiyyə sistemi yaxşı vəziyyətdə deyildi. Təsəvvür edin ki, tibb fakültəsinin ən savadlı həkimi arı üzrə mütəxəssis idi. Bu cür müəllimlərin yetişdirdikləri həkimlər də bərbad gündə idi. Vasif Talıbov bu problemin qarşısını almaq üçün 2010-cu ildə Türkiyəyə 5 həkimi tələbə kimi göndərdi. Bu tələbələrdən cəmi 2-si işlə təmin olunmuşdu. Biri Naxçıvanda fəaliyyət göstərən respublika xəstəxanasına, digəri isə Kardiologiya İnstitutuna baş həkim təyin olundu. Yeni təyin olunan muxtar respublika rəhbərliyi isə ümumiyyətlə bu institutu ləğv etdi. Respublika xəstəxanasının baş həkimi Ramin Hacıyevi də işdən çıxmağa məcbur ediblər. Onun yerinə isə pediatr təyin olunub. Bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində daha çox Bakıdan göndərilən kadrlar təyin olunur. Bunların əksəriyyəti isə 4-5 dəfə təyin edildikləri vəzifələrdən qovulmuş şəxslərdi. Üstəlik, heç biri tibb işçisi deyil. Naxçıvandakı doğum mərkəzində icraçı direktor vəzifəsinə hüquqşünas təyin olunub. Bu adam 14 il Vasif Talıbovun ombudsmanı kimi çalışıb. Naxçıvanda səhiyyə bu cür acınacaqlı vəziyyətdədir”.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər