Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?



Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib.

Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət rəhbərlik etdiyi "Gəmiqaya Holdinq” bundan sonra "Arkoz Holdinq” adlanacaq. Bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi gözlənilir.

Bəs "Gəmiqaya Holdinq” şirkətlər qrupu hansı sahələrdə fəaliyyət göstərirdi?

Modern.az saytı ictimaiyyətin məsələyə marağını nəzərə alaraq "Gəmiqaya Holdinq”lə bağlı kiçik bir araşdırma aparıb.

Vasif Talıbovun bu topdağıtmaz holdinqi ilə bağlı faktları oxuculara təqdim edirik:

Baş ofisi Naxçıvan şəhərində yerləşən "Gəmiqaya Holdinq” 2008-ci ilin dekabr ayında təsis edilib. Bu holdinq hazırda 14 şirkəti özündə birləşdirir. Həmin şirkətlər Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrdə fəaliyyət göstərir.

Holdinqin istehsal etdiyi məhsullar xarici bazarlara da çıxarılır.

Məlumatlara görə, "Gəmiqaya Holdinq” məhz Vasif Talıbovun səlahiyyətlərinə arxalanmaqla Naxçıvan bölgəsində müxtəlif sahələrdə inhisarçı qurum olaraq fəaliyyət göstərib. Yəni uzun illər "Gəmiqaya Holdinq”ə rəqib şirkət yaradılmasına imkan verilməyib.

Məsələn, bölgədə mebel istehsalı ilə bu holdinqdən başqa, heç kim məşğul ola bilməzdi. Onun məhsulları "Bellisa mebel” brendi adı altında bazara çıxarılır.

"Gəmiqaya Holdinq” Naxçıvan MR ərazisində un istehsalını da inhisara almışdı. "Gəmiqaya Taxıl Məhsulları Sənaye Kompleksi” MMC-də "Bərəkət qida” brendi ilə ildə 11 milyon kiloqram un istehsal olunur.

Holdinqin nəzdindəki "Gəmiqaya Qida Sənaye Kompleksi” MMC "Bərəkət qida” brendi ilə un, süd, çörək, makaron, şirniyyat, ət, meyvə suyu, şərab məhsulları istehsalının inhisarçı şirkəti olub. "Badamlı” əmtəə nişanlı meyvə suları, "Mirvari” və "Qızıl damla” adlı şərablar da burada istehsal olunur.

Naxçıvan bölgəsində taxıl tədarükü də yalnız "Gəmiqaya Holdinq”ə məxsus olub.

Holdinq Naxçıvanda kərpic və daş, heyvan yemi istehsalı kimi gəlir gətirən sahələrə də təkcə nəzarət edib.

"Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC heyvandarlıq və quşçuluq üçün yem istehsalında uzun illərdir rəqabət olmadan fəaliyyət göstərir.

"Gəmiqaya Holdinq”in tərkibində fəaliyyət göstərən "Dekoria” alış-veriş mərkəzi, "Elit 57” ticarət mərkəzi, "Gəmiqaya Toxum Market” ən böyük obyektlərdən sayılır.

2006-cı ildən fəaliyyət göstərən "Gəmiqaya Heyvandarlıq Kompleksi” müəssisəsi 10 hektar ərazidə 5 tam təchizatlı tövləyə sahibdir. Heyvandarlıq kompleksi də əsasən südlük və ətlik cinslər olan Holişteyin Friz (ağ-qara), Simmental (qırmızı), Şvis (boz) heyvanları saxlanılır.

Həmçinin kompleksin ümumi sahəsi 97 hektar olan əkin sahəsi də mövcuddur ki, bu sahələrdə təsərrüfatın tələbatına uyğun olaraq silos, buğda, arpa, yonca və digər yem bitkiləri tədarük edilir.

Bu kompleksdə əldə olunan süd və ətdən müxtəlif qida məhsulları istehsal olunur.

"Gəmiqaya Holdinq” "Naxçıvan Sement Zavodu” MMC, "Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi”, "Gəmiqaya Sənaye Kompleksi” MMC, "Gəmiqaya Nəqliyyat” MMC, "Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC, "Gəmiqaya Kərpic Kompleksi” MMC, "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC, "Gəmiqaya Plastmas Kapsul və Qapaq” MMC, "Gəmiqaya Mebel Fabriki” MMC kimi şirkətləri özündə birləşdirir.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər