Gündəm / Cəmiyyət
12.01.2023, 12:39
Naxçıvanda 212 milyon yeyintidə ittiham edilən məmur vəzifəsini itirdi
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Sərəncama
əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin
II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad
olunub.
Xatırladaq ki, H.Rüstəmov 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Qeyd edək ki, bu gün Naxçıvan MR-in maliyyə naziri Rafael Rza oğlu Əliyev də vəzifəsindən azad edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay