Ucuz qiymət, aşağı keyfiyyət: Bir manata canımızı necə təhlükəyə atırıq?


Açıq havada hazırlanan və satılan qida məhsullarından təəssüf ki, hər birimiz zaman-zaman istifadə edirik. Xüsusilə də küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu yeməklərin sanitariya qaydalarına nə qədər uyğun olduğu şübhə doğurur. Bu kimi qidalar arasından insanlar hazırda ən çox dönərə üstünlük verir. Bəzi yerlərdə isə onun hazırlanmasında toyuq və ya mal ətindən yox, at ətindən də istifadə edirlər.

Maraqlıdır, belə olan halda dönər alarkən nələrə fikir verməliyik?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, peraşki, dönər, bulka, qamburger kimi səyyar çörəkarası hazırlanan yeməklər hazırda risk qrupu altındadır.

Onun sözlərinə görə, ehtiyac olmadıqda bu kimi qidaların istehlakı məsləhətli deyil:

"Xüsusilə də dönərin hazırlanmasında mənşəyi bilinməyən, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama qədər açıqda, hər zaman istiyə məruz qalacaq şəkildə alovun yanında saxlanılır. Bu ət sağlam olsa belə bu şəraitdə saxlanılması onun tərkibinin həm mikrobioloji, həm də kimyəvi dəyişikliyə məruz qalmasına səbəb olur. Həmçinin satışı həyata keçirən insanlar sanitar-gigiyena qaydalarına əməl etmir. Beləliklə, həmin dönərlər fiziki çirklənməyə məruz qalır. Belə olan halda həmin qidaları istehlak edən şəxslərə heyvandan xəstəlik yoluxur. Ətlərdəki mikroblar və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və orqanların zədələnməsinə səbəb olur. Bəzən həmin qidaları yedikdə mədədə ağırlıq, şişkinlik, ağrı, ishal və ya qəbzliklə müşahidə olunur. Əgər, bu cür qidaları 25 yaşına qədər insanlar gündəlik olaraq qəbul edirsə, bu zaman təhlükə iki qat artır. Çünki həmin insanlar inkişaf prosesində olduğu üçün bu cür qidalar onların həm əqli, həm də fiziki cəhətdən inkişafına mənfi təsir göstərir”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ayaqüstü yeməklərdə dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən istifadə olunur:

"Həmin qidalardan istifadə edən şəxslər ənənəvi keyfiyyətli qidaların dadından zövq ala bilmirlər. El arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın və sintetik mənşəlilərin adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni - umami dadını yaradır. Bu cür qidalardan istifadə edən insanlar çox tez doyurlar, lakin bu toxluq hissi qısa zamanda yoxa çıxır. Ona görə də həmin insanlar daima özlərini ac hiss edirlər. Dönərin ucuz qiymətə satılması əlçatanlığı təmin etmək üçün olsa da, bu qidalar birbaşa olaraq təhlükəli xəstəliklərin mənbəyidir. Sahibkarlar daha az pul xərcləyərək böyük gəlir əldə etmək istəyirlər və buna görə də keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bütün hallarda istehlakçı bilməlidir ki, mənşəyi bəlli olmayan qidadan istifadə etmək onun həyatı üçün təhlükədir”.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər