At ətini necə ayırd etmək olar? - MÜHÜM DETALLAR





Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız bəzi ət məhsullarının satışının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir.

Oktyabrın 5-də vətəndaş şikayəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində aparılan yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb, at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.

Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Bununla bağlı "Bizim.Media”ya açıqlama verən aqrar sahə üzrə ekspert Eyyub Hüseynov, Azərbaycanda at ətinin satışının qadağan edilmədiyini bildirib:

"Çox təəssüf ki, bununla bağlı heç bir sənəd yoxdur. Ölkəmiz üçün yeyilməsi ənənəvi olmayan heyvan ətlərinin satışının qadağan edilməsi üçün bir sənədin olması mütləqdir. Belə çıxır ki, qadağalar olmadığı üçün eşşək, hətta it ətinin yeyilməsi mümkün hesab edilə bilər”.

Müsahibimiz, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu kimi hallarla mübarizə tədbirlərində çox uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

"İdarə təkcə cərimə etmir, eyni zamanda, ekspertiza edir, mənbəyini tapır, cinayət işi açır və bu işlə məşğul olanları həbs edir. Ancaq məhkəmələr qısa müddətdə onlara bəraət qazandıraraq həbsdən azad edir. Artıq bunun kökünü kəsmək çox müşkül bir işə çevrilib.

At kənd təsərrüfatında istifadə olunan bir heyvandır və sağlam heyvanı heç kim kəsmir. Qocalmış atı isə əti çox bərk olduğu üçün kəsmirlər. Yalnız xəstə olduğu zaman onu kəsirlər ki, bu zaman da onun xəstəliyi insana keçə bilər. AQTA küçə kəsimini və satışını qadağan etmək və ona qarşı mübarizə aparmaq istəyir, ancaq bacarmır”.

Eyyub Hüseynovun sözlərinə görə, insanlar belə faktları görsələr də, yenə də əti qəssablardan almaq istəyirlər:

"Amma mağazalara və marketlərə getmək istəmirlər. Gözləri ilə gördükləri məhsulu almağa üstünlük verirlər. Bəzən isə gözlərinin qarşısında kəsilən heyvan da sağlam olmaya bilər, bununla belə insanlar ət və eşşək ətindən qaçmaq üçün belə etməyə məcbur olurlar”.

Ekspert at ətini digərlərindən ayırmağın mümkün olduğunu da qeyd edib:

"At əti qırmızı olur, spesifik qoxuya malikdir və qabırğalarının enli olmasından tanınır. Əgər Maştağa kimi konservativ, milli adət və ənənələrinə malik bir məntəqədə at əti satılırsa, bundan artıq deməyə söz qalmır.

Bu ətin ölkəmizdə istifadəsinin qarşısı alınmalıdır. Eyni zamanda, alıcılar ehtiyatlı olsunlar və satış məntəqələrindən ətin mənşəyi ilə bağlı sənədləri tələb etsinlər, ona görə ki, bu hüquqa malikdirlər. Satıcı da bu sənədi göstərməyə borcludur”.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər