AMEA-NIN YEMƏKXANASINDA İYLƏNMİŞ TOYUQ ƏTİNDƏN YEMƏKLƏR BİŞİRİLİR – VİDEO/FAKT

 

 

 

Son illər ölkə əhalisini ən çox düşündürən məsələlərdən biri, bəlkə də birincisi gündəlik istifadə olunan ərzaq məhsullarının keyfiyyət göstəricisinin lazımi tələblərə cavab verməməsidir. Belə ki, sovet dönəmindən fərqli olaraq, bugünkü gündə ərzaq məhsullarının, bir çox meyvə növlərinin və s. genləri dəyişdirilmiş və belə bir halların varlığı, məhz insan həyatı üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Düşündürücü hal odur ki, bəzi hallarda ərzaq məhsullarının istehsalı və onlardan istifadə zamanı lazımi tələblərə riayət olunmur. Bu da aidiyyatı dövlət qurumlarının üzərinə böyük məsuliyyət yükü düşməsinə səbəb olur. Çünki, aidiyyatı dövlət qurumları bu sahədə daim nəzarətini tənzimləməli və lazım gəldikdə qanundan kənar addım atanlara qarşı cəza tədbirlərini də tətbiq etməlidirlər.

Düzdür, bu gün ölkəmizdə ərzaq məhsullarının istehsalı ilə məğul olan müəssisələrin daha çoxu özəl sektora aiddir və həmin müəssisələrdən bir çoxu fəaliyyətlərini qanunsuzluqlar çərçivəsində davam etməkdədirlər. Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının varlığı və s. bu gün də hər kəsə bəlli olan həqiqətlərdir. Faciə odur ki, illər öncə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması ilə bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq qərar çıxarılsa da, çıxarılmış qərar elə qərar olaraq da qaldı. Paytaxt Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardakı "Çudo Peçka”ların, çörək zavodlarının, dönərxanaların və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri, hal-hazırda da böyük şübhələrə yollar açır. Çünki, bu cür fəaliyyət növü ilə məşğul olan müəssisələrdə çox zaman etibarlılıq müddəti ötmüş məhsullar satısa çıxarılır, yaxud da təkrar istehsal prosesləri həyata keçirilir. Adicə bir faktı qeyd edək ki, üç-dörd gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasının yeməkxanasında nahar yeməyi yemək istəyən şəxs, çox keçmir ki, olmazın olayla üz-üzə qalır. Yəni, həmin şəxs ilk əvvəl yeməkxananın kassasına ödəniş edir və toyuq ətindən hazırlanmış yeməyi yeyərkən, yeməkdən qorxunc, qeyri-adi iy-qoxu gəlir. Bir sözlə, heç cür həmin yeməyi yemək mümkün olmur. O halda həmin şəxs yeməxananın məsul əməkdaşını yanına çağırır və ona etirazını bildirir. Düzdür, videodan da görünür ki, yeməkxanananın məsul şəxsi ilk əvvəl masaya yaxınlaşır, yeməyə diqqət yetirir, az sonra toyuq ətini iyləyir və o, "Tam var,  aramat, nəsə var” deyir.  Bəli, yeməxnananın məsul şəxsi müştərinin narazılığını qəbul edir və toyuq ətindən iy-qoxu gəldiyini də təsdiq edir. O halda ortaya belə bir sual çıxır ki, Azərbaycan Milli Elmlər Akademiyası "düşünən beyinlər”in çalışdığı mərkəz olsa da, nədən, hansı səbəbdən, bu akademiyaya məxsus yeməkxanada da bu cür nəzarətsizlik hökm sürür? Məgər, xarab olmuş toyuq ətlərindən yemək hazırlayıb müştəriyə "sırımaq”, bu yeməkxananı işlədən şəxs(lər)in başını çoxmu uca edəcək? Əsla, yox! Əslində, bu biabırçılıqdır, əməli-başlıca rüsvayçılıqdır! Çünki, bir ölkənin Milli Elmlər Akademiyasına məxsus yeməkxanasında xarab olmuş toyuq ətindən yemək bişirilib müştəriyə satılırsa, vay bizim halımıza! Odur ki, hər kəsə çağırış edib onu bildirmək istəyirik ki, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yeməkxanada yemək yeyərkən olduqca diqqətli olun! Çünki, bu yeməkxanada tam verən, aramat iyi gələn toyuq ətindən yeməklər bişirilir.

Faktla bağlı Akademiyanın rəhbərliyinə və Həmkarlar İttifaqının sədri Habil Qurbanovla telefon əlaqəsi yaraddıq. Təssüf ki, qarşı tərəfin məsul şəxslərinin heç birindən mövqe öyrənə bilmədik

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

 

 

 

 

 

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər