Canlı yayımda müğənnilərə ev bağışlayanlar niyə şəhid ailələrinə bu xeyirxahlığı göstərmir?

 

"Mən ev və maşınların telekanallarda kimlərə hədiyyə olunduğunu bilmirəm, amma, qoy, olunsun. Çünki elə sənətkarlarımız var ki, onlar sözün əsl mənasında, sənətkardır. Ehtiyacı olanlar ev də vermək olar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib.

O, şou-biznes nümayəndələrinin bəzilərinə canlı efir zamanı maşın və mənzil hədiyyə edilməsinə münasibət bildirib.

Sosial şəbəkələrdə istifadəçiləri bu kampaniyanın ehtiyacı olan insanlar, daha dəqiq desək, şəhid və qazi ailələri üçün tətbiq edilməli olduğunu bildirirlər.

R. Kərimoğlu da eyni fikri bölüşüb:

"Əslində, bunlar insanların səviyyə və əxlaq məsələsi ilə bağlıdır. Bəlkə də elə bir şey yoxdur və sadəcə müğənnilər şou yaradırlar. Lakin mən kifayət qədər iş adamı tanıyıram ki, istər birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə maddi-mənəvi dəstəklərini göstərib. Elə iş adamları var ki, bu qəbildən olan şəxslərə, hətta 10-15 ev də verib”.

Onun sözlərinə görə, belə hallar olub, sadəcə olaraq, həmin şəxslər bunu mətbuata təqdim etmək istəməyiblər:

"Amma bəzi xəbərlər bu haqda mətbuatda gedib. İndiyə qədər dövlət haradasa 14.500 şəhid ailəsi, müharibə əlili və onlara bərabər tutulan şəxslərə pulsuz ev verib. Lakin onların sayı daha çoxdur, növbədə olanlar var. Eləsi də var ki, hazırda mənzil növbəsinə dura bilmir. Doğrudur, Sosial Müdafiə Nazirliyi ehtiyacı olanlara dəstək olur, amma, məncə, bu, yenə də azdır.

Arzu edərdim ki, şou-biznes adamlarına ev verənlər o evlərdən birini də şəhid və qazi ailəsinə versinlər. Nəinki şəhid ailəsi, Qarabağ əlili və qazilər, elə vətəndaşlarımız da var ki, onlar bir tikə çörəyə möhtacdır, evi yoxdur, amma onlara verilmir deyə, ala bilmirlər. Fəxrlə danışdığımız Qarabağ müharibəsinin qəhrəman oğlanlarıdır onlar. Onların dəstəyə ciddi ehtiyacı var.

Tövsiyə edərdik ki, bu tədbirləri şou-biznes əhlindən çox şəhid ailələrə, qazilərə və veteranlara yönəltsinlər. O cümlədən də sənətdə tər-tökmüş, əziyyət çəkmiş və can qoymuş sənətçilərimizə də dəstək olsunlar”.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər