Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI
 
 
Əlil və şəhidlərin pensiyalarının artımından imtinanı sosial sığorta haqqı ödəməməklə bağlayırlar
Gündəmi işğal edən qonulardan ən birincisi saxta əlillik, veteranlıq, pensiya təyinatı ilə bağlıdır. Xırda məmurdan tutmuş millətin seçdiyi vəkilə kimi, hamı yeri gələndə, yəni müharibə əlillərinin, şəhid ailələrinin, qazilərin dolanışığını düşünməyə gələndə, saxtalığı önə çəkir. Kimi müharibə veteranlarının, kimi qazilərin , kimi şəhidlərin adına saxta rəqəmləri diqqətə çatdırıb, "büdcəyə yarınmaq” yolunu tutub. Heç kim Qarabağı 44 günə qazanan QAZİLƏRƏ, ŞƏHİD AİLƏLƏRİNƏ SAXTA QAYĞIDAN, SAXTA DİQQƏTDƏN söz açmır. Niyə də açsın ki, fakt ortadadır.
Ötən ilin sonlarında Prezident fərmanı ilə bütün kateqoriyalar üzrə Prezident təqaüdləri 50-100 faiz arası qaldırıldı. Yerində sayan bircə Qarabağ müharibəsi əlillərinin 300-400 manat arası və şəhid ailəsi üzvlərinə toplam ayrılan 500 manat təqaüdlər oldu. Başbilənlər bu "diqqət və qayğını” sözügedən kateqoriyalardan olan insanların təqaüd, sosial müavinət və pensiyalarının üç il qabaq(?-M. B.) artırılması ilə izah etdilər. Bu da növbəti saxtalıq : BƏYƏM QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ SEÇKİDƏN – SEÇKİYƏ DİQQƏT AYRILIR? Bir yandan da , axı müharibə adamlarının pensiya və müavinətlərinin, təqaüdlərinin artımı elə "daxili mənbələr” hesabına olur. Aydın olsun deyə, şəhid ailələrinin kommunal, nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlərini, əlillərin "Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə əsasən verilən (daha doğrusu yeyilən) müavinətlərini kəsib, Prezident təqaüdünə əlavə ediblər. Daha bunun nəyi artım oldu, eldə deyildiyi kimi, "bığdan kəsib saqqala yapışdırmaq”la diqqət olmur axı! Əlil olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların sosial müavinətlərinin artım tempinə baxın , 1-ci dərəcəli əlillərə 220 manat (buna kimi 150 manat olub ), 2-ci dərəcəlilərə 180 manat (130 manat olub) və 3-cü dərəcəli əlillərə 120 manat (110 manat olub) ! Faizlə götürəndə 1-ci -2-ci dərəcəli əlillərdə artımın 40-50 faiz olması "diqqət və qayğı” hesabatlarında diqqət çəksə də, 3 -cü dərəcəli əlillərdə artım faizinin heç 10 faizə çatmadığı da statistikadan gizlin deyil. Təsəvvür edin, Heydər Əliyev Mərkəzinin süpürgəçisi aylıq 900 manata yaxın əməkhaqqı ilə 9-10 Qarabağ qazisinin sosial müavinəti qədər diqqət və qayğı ilə əhatə olunub!
Prezidentin 26.12.2001 tarixli 613 saylı "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı və 29.12.2000 tarixli, 597 saylı "Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə ayrılan toplam 38-40 manat arası müavinət də hələ də -22 ildir təyinatı üzrə verilmir. Nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə də Milli Məclis Qarabağ qazilərinə saxta diqqət və qayğıya görə tədbir görülməsini təmin edir. Heç Nazirlər Kabinetinin 08.01.2013 tarixli 2 saylı qərarı ilə 64 manatdan 128 manata qaldırılan və hazırda 200 manat civarında müəyyən olunmuş ərzaq payı əvəzinə pul kompensasiyası da 10-cu ildir "diqqətə alınmır”.
Təzəsi olan yerdə 10-20 ilin "köhnə palan içini sökməyək”; Prezidentin 23.12.2021 tarixli fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına aylıq 20 faiz əlavə müəyyən olunub. "Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsində isə yazılıb ki, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə almaq hüququ olan şəxslərin tutduğu vəzifələr üzrə əməkhaqqıları (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Di gəl, 6 ay keçməsinə baxmayaraq, hələ də qanun tətbiq edilmir. Əksinə, əlavənin artım olmadığı, Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020 tarixli qərarı ilə "Əmək pensiyaları haqqında” qanunun 20.14 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olan hərbi pensiyaçılara artımın şamil edilmədiyi bildirilir. Hökumətin "diqqət və qayğı”sının Konstitusiya Məhkəməsi səviyyəsinə baxın, sonradan əlavə olunan məbləğlərə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən hərbi pensiyaçılara artım hesablanması sosial ədalət prinsipinə zidd imiş! (?) Bu "diqqət və qayğı”nın niyə yalnız 20.14 maddəsinə əsasən pensiya alanlara, yəni hərbi pensiyaçılara göstərilməsini bir yana qoyaq, axı müharibə əlillərinə 20.16, şəhid ailələrinə 20.17 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə hesablanır! Axı Konstitusiya Məhkəməsi və hökumət əlil və şəhid ailələrini saxta şərhdən qıraqda qoyub! Bir də, ƏLİL, ŞƏHİD dünyasını dəyişəndən sonra da MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQLARINI ÖDƏMƏLİDİR? Belə "qiqqət və qayğı”nın saxtalığı göz önündə deyil?
Diqqət və qayğının saxtalıq dərəcələrini bir yazıya sığışdırmaq mümkünsüzdür. Ona görə də nöqtələmək zorundayıq. Deyəsən, diqqət və qayğı saxtalığı hələ sürəcək. ..
Məğrur Bədəlsoy
Teref/az

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər