Cəmiyyət / Manşet
3.05.2021, 17:20
Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Kanal1.az”-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.
Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay