93 saylı məktəbdə nələr baş verir..?- Təhsil naziri Emin Əmrullayev məktəb direktorunun əməllərini görmür..?

 

 

Texniki Universiteti  bitirən Xalidə İbrahimova necə məktəb direktoru olub..?

Fenomen mekteb direktorunun fəaliyyəti araşdırılmalıdır?

Cənab Emin Əmrullayev,yığışdırın fenomen məktəb direktorlarını!

Bir media olaraq təhsil sahəsindəki   problemləri zaman-zaman gündəmə gətiririk.
Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları  barədə mediada  geniş  araşdırma yazıları dərc olunur.
Neçə illərdir ki, orta məktəblərdə  süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın  gündəmindən düşmür.
Bütün bunlar azmış kimi, məktəblərdə  "ölü canlar”, adı olub özü olmayan  işçilər də ciddi mövzudur.
Təsəvvür edirsiniz, məktəb direktoru mühafizəçi, bağban, xadimə və s adı altında  xeyli sayda  işçinin əmək haqqı kartını  cibində gəzdirir və hər ay  xeyli miqdarda  dövlət vəsaitini mənimsəyir.
Bütün bunlar azmış kimi məktəb direktorları  təmir-tikinti adı altında  dövlətin ayırdığı  xeyli vəsaiti  müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan "otkat” alır.
Bir sözlə, vaxtıilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir.
Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə  ayırdığı sinif otaqlarından,  gəlirləri 50-50  faizlə bölüşdürməsindən  danışmırıq.
Məktəblərin  yeməkxanalarına  verilən ərazq və qida məhsulları da  başqa bir yazının mövzusudur.
Sözün qısası  uşaqlarımızın  gələcəyi olan  məktəblər  əməlli-başlı  biznes və rüşvət  məkanına çevrilib.
Məktəb direktorlarının  necə təyin olunması, bu təyinatın qiymətləri lap dəhşətlidir.
Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki,  pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor  təyin olunur.
Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə  aqronom olan bir şəxs  direktor təyin olunmuşdu.
Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru  pedoqoq olmaya bilər.
Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru  biznesmen olmalıdır.
Bax, bu günümüzün reallığıdır.
Bəli, məktəb direktoru menecer, biznesmen olmalıdır.
Sözün qısası, məktəblərimizdə vəziyyət dözülməz həddə çatıb.
Bu yazıda konkret olaraq Bakı şəhərindəki  Eldar  Əliyev adına  93 saylı orta məktəbdən bəhs etmək  istəyirik.
Məktəbin direktoru  Xalidə Səfər qızı İbrahimova barəsində qısaca bu qədər:
Xalidə Səfər qızı İbrahimova 1976-cı ildə anadan olub.
Tərcümeyi-halında Azərbaycan Texniki Universiteti  bitirdiyi yazılıb.
İstər-istəməz ortaya sual çıxır ki,  Texniki Universiteti bitirən bir şəxs  necə orta məktəbdə direktor  ola bilər..?
Amma düşünürük ki, əgər  AQRONOM məktəb direktoru olursa, niyə Texniki Universitetin məzunu məktəb  direktoru olmasın..?
Xalidə İbrahimova  3 ildir ki, bu məktəbə rəhbərlik edir.
Xalidə İbrahimova  texniki təhsili ilə  Təhsil Nazirliyində baş məsləhətçi işləyib, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümum təhsil sektorunun məsləhətçisi olub və hazırda 93 nömrəli tam orta məktəbin direktorudur.
Onu da qeyd edək ki, məktəb  burada təhsil almış  şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır.
Məktəbdə şagirdlərdən yığılan pullar,  sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan  aylıq, hətta "arenda pulu”  və s  hüquq-mühafizə orqanları tərəfindən ciddi  araşdırılmalıdır.
Sonda  Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Xalidə İbrahimovanın bu əməllərini görmürsünüz..? Gündəlik Bakı 


 

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər