11:14 / 08-12-2022
Klaar Ermənistana niyə gedir?
09:05 / 08-12-2022
Həkimlik müqəddəs peşədir
10:29 / 04-12-2022
DIN açıqlama
Emin Əmrullayev: “Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər”

Emin Əmrullayev: “Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər”

 


 

"Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər”.

 

"Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib.

Nazir bildirib ki, Şuşada yeni məktəbin tikintisi yekunlaşmaq üzrədir, bu tədris mövsümünün sonu işlər tamamlanmalıdır. Həmçinin Ağdamda 1 saylı orta məktəbin də tikintisi yekunlaşır:

"Hər iki məktəb növbəti tədris ilindən istifadəyə veriləcək. Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək. Suqovuşan qəsəbəsində məktəb tam olaraq hazırdır. Füzuli rayonunda peşə liseyi və məktəb tikintisi davam edir. Cəbrayılda 1 saylı məktəbin tikintisinə başlanılıb. Kəlbəcər rayonunda layihələndirmə işləri aparılıb”.


Tarix: 31-10-2022, 09:37


Bölməyə aid digər xəbərlər
15-03-2021, 15:22 Daha iki məktəb bağlandı