Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir



Prezident İlham Əliyev mayın 28-də Laçında çıxışı zamanı Xankəndidə hələ də qalan separatçılara seçim təklifini verdi: təslim olduqları təqdirdə, amnistiya haqda düşünmək olar;

Əliyevin çıxışının motivləri rəsmi Bakının təklifinin son olduğunu deməyə əsas verir. Bakıda müzakirələrin keçirilməsinə dair iki təklifdən imtina edildiyini xatırladan Prezidentin "Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” sözləri də bunu deməyə əsas verir.

Bu konkretləşdirilmiş çağırışa separatçıların hansı cavab verəcəyi hadisələrin inkişafını da müəyyən edəcək amildir. Əslində Qarabağdakı mövcud vəziyyət, xüsusilə Laçın postunun qurulmasından sonra separatçıların xarici aləmlə bağlantılarının tamamilə Bakının nəzarətinə keçməsi, Ermənistan da daxil olmaqla üçüncü bir qüvvədən dəstək imkanının olmaması onlar üçün bu çağırışın yeganə xilas yolu olduğunu göstərir. Lakin separatçı rejimin bütün ünsürlərinin verdikləri açıqlamlar onların çağırışdan imtina etdiyini və ya real vəziyyəti ciddiyə almadıqlarını ortaya çıxardı.

Separatçılar "müstəqil ölkə” olduqlarını iddia edir, təslim olmayacaqlarını bildirirlər. Açıqlamalarından belə nəticə çıxır ki, cari dövrdə "ermənilər soyqırıma məruz qalır” iddiası ilə beynəlxalq təşkilatlara üz tutacaqlar. Hətta istisna deyil ki, öz iddialarını "təsdiq etmək” məqsədilə erməni əhalisinin qətlə yetirilməsi səhnəciklərini də qura bilərlər. Lakin bunun nəticə verəcəyi mümkünsüz görünür:

Birincisi, beynəlxalq müstəvidə Azərbaycanın gündəliyi qəbul olunur;
İkincisi, Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verir, separatçıların atdıqları addım əslində beynəlxalq müstəvidə qəbul olunan "Bakı ilə Qarabağdakı erməni əhalisi arasında təmasların qurulması” gündəliyinə qarşıdır;

Üçüncüsü, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur, hər şey söz yığını olmaqdan o yana keçmir;
Dördüncüsü, Əliyevin Laçın postundan bəhs edərkən, "bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq” açıqlaması onları Moskvanın da xilas edə bilməyəcəyi deməkdir;

Döyəcək qapıları qalmamasına baxmayaraq, separatçıların təslim olmaq və amnistiyadan yararlanmaq imkanından imtina etmələri Bakıya "bəlkə ağıllanarlar” gözləntisi ilə indiyə qədər təxirə saldığı praktiki addımları atmaqdan başqa yolu qoymur. Əslində Əliyevin məsələni "Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır. Əgər separatçılar yaxın dövrdə mövqelərini dəyişdirməsə, "boyunlarını büküb təslim olmasalar” Azərbaycan Ordusunun kazarmalardan çıxacağı və Xankəndi, eləcə də sülhməramlıların müvəqqəti nəzarətində olan digər ərazilər istiqamətində hərəkət edəcəyi qaçılmaz olacaq.

Bu kontekstdə Müdafiə Nazirliyinin dünən açıqladığı məlumatlarda diqqətçəkənə mühüm detallar yer alır.

- qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər;
- qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub;

Separatçıların bu təxribatı təslim olmayacaqlarını əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır. Lakin eyni zamanda, bu, ordumuzun hərəkətə keçməsi üçün də zəminin formalaşması deməkdir. Yaxın dövrdə qeyri-qanuni erməni silahlı dəstələrinin legitim hədəf olaraq ordumuz tərəfindən məhv edilməsi və Xankəndidə mərkəzi hakimiyyətin nəzarətinin bərpası prosesinin şahidi ola bilərik

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər