Qondarma rejim parçalandı... - Xankəndidə ilk dəfə baş verən hadisə



Laçın postunun qurulmasından sonra xarici aləmlə (Ermənistan) əlaqəsi tamamilə kəsilən və çıxılmaz vəziyyətə düşən Qarabağdakı separatçı rejimdə "vəzifə mübarizəsi” də kəskinləşir.

Publika.az xəbər verir ki, bir neçə ay öncə Xankəndiyə gələn qondarma "vahid vətən” partiyasının "sədri”, separatçıların keçmiş qondarma "müdafiə naziri” Samvel Babayan "dövlət naziri” olmaq niyyətindədir.

Babayan iki gün öncə Xankəndidə mitinq keçirdi və separatçı rejimə tələblərini təqdim etdi. Mitinqin məqsədi Babayanın qondarma "dövlət naziri” təyin edilməsidir.

Baş separatçı Araik Arutyunyan bildirdi ki, Babayanın tələblərini qəbul edib və siyasi məsləhətləşmələrə başlanılıb. 10 gün ərzində bununla bağlı qərar bəlli olacaq.

Babayanın hərəkətə keçməsi bir neçə istiqamətdə maraq doğurur.

Birincisi, onun Paşinyan tərəfindən Qarabağa göndərildiyi iddia olunur: Araik Arutyunyan özünü qorumaq məqsədilə son dövrlər ruslarla təmasları artırıb ki, bu da Paşinyana sərf etmir və görünür, Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlarda kart kimi istifadə etdiyi Qarabağda təsir imkanlarını Babayan üzərindən qorumağa çalışır;

İkincisi, Babayan real vəziyyətdə Azərbaycanla inteqrasiya prosesi çərçivəsində danışıqlara getməyin tərəfdarı kimi çıxış edir: Ermənistanda radikal kəsim bunu Qarabağın tamamilə Bakıya təslim edilməsi planı kimi təqdim etsə də, burada İrəvanın hiyləgər oyun oynadığı istisna deyil; Paşinyan qondarma "Bakı-Xankəndi formatı”nın yaradılmasını, Bakının erməni əhalisi ilə təmaslarının beynəlxalq nəzarət altında həyata keçirilməsini, bununla separatçıları "tərəfə” çevirmək, eləcə də Qarabağı "hüquqi münaqişə” kateqoriyasına daxil etmək niyyətindədir; Babayanın qondarma "dövlət naziri” olmaq istəyinin də buna hesablandığı istisna deyil və bu baş verərsə, Ermənistan onu erməni əhalisinin "təmsilçisi” kimi təqdim edə və öz planlarını bu kontekstdə irəli sürə bilər;

Əsas diqqətçəkən məqamlardan biri də Babayanın Ruben Vardanyan və Bako Saakyana qarşı olmasıdır. Adıçəkilən şəxslər daha çox Rusiyaya yaxınlığı ilə seçilir. Mümkündür ki, rəsmi İrəvan məhz bu şəxsləri neytrallaşdırmaq, o cümlədən, Araiki nəzarət altına almaq məqsədilə Babayanı irəli çəkib. Bütün bunlar Xankəndidə "vəzifə davası”nın kəskinləşdiyini, bir ovuc separatçının müxtəlif qruplaşmalara ayrıldığını da təsdiq edir. Ermənistan mediası isə 44 günlük müharibədən sonra separatçı rejim daxilində ilk dəfədir bu səviyyədə qarşıdurma yaşandığını və qondarma rejimin dağılmağa doğru getdiyini yazır

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər