İqbal Məmmədovun dövlətə 10 MİLYON BORCU VAR, AMMA... - Yəqin
"Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Kaspi-Yıldız” MMC (VÖEN-1600582521) olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, "Kaspi-Yıldız” MMC "Azərsu” ASC-yə 43 min 801 manat 60 qəpik dəyərində yüksək təzyiqli şlanqlar satacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan "Kaspi-Yıldız” MMC 07.09.2005-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Əliyev Cəmaləddin Məzahir oğlu olan "Kaspi-Yıldız” MMC-nin hüquqi ünvanı "Nizami rayon, Özbəkistan, ev 24”-də yerləşir.
Onu da qeyd edək ki, 1996-cı ildə "Nizami rayon, Özbəkistan, ev 24E” ünvanında bənzər adda daha bir şirkət - "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də dövlət qeydiyyatına alınıb. Bu şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. Nizamnamə kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Ramiz Fərman oğludur.
2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Onu da bildirək ki, bu ilin yanvar ayında "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.
İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 399 min 623 manat 41 qəpik vergi borcu var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də ötən ilin fevral ayında "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib.
"Azərsu” ASC-nin tenderində qalib olan "Kaspi Yıldız” MMC isə ötən il "Azel Group” MMC tərəfindən məhkəməyə verilib.
Bundan başqa ötən il Azərbaycanın ən böyük bankı hesab olunan "Kapital Bank” da (Səhmlərinin 99,87%-i "Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Xatırladaq ki, İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev və "Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər